Icma.az
close
up
RU
Qrenlandiyada müstəqillik hərəkatı sürətlə güclənir AZƏRTAC

Qrenlandiyada müstəqillik hərəkatı sürətlə güclənir AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Stokholm, 9 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

1979-cu ilə qədər Danimarka müstəmləkəsi olan Qrenlandiyada müstəqillik hərəkatı xüsusilə Baş nazir Mute Egedenin rəhbərliyi altında sürətlə güclənir. Donald Trampın Qrenlandiyanı “nəzarətə almaq” istəyi ilə bağlı bəyanatlarından sonra ada ilə Danimarka arasında münasibətlər gərginləşib.

AZƏRTAC xəbər verir ki, M.Egede Qrenlandiyanın gələcəyinin onun xalqının işi olduğunu açıq şəkildə bildirib, Danimarkadan ayrılmaq arzusunu vurğulayıb. Qrenlandiya parlamenti hazırda bu prosesi asanlaşdıracaq yeni konstitusiya üzərində işləyir.

Danimarka isə adanın simvollarını gerbinə daxil etməklə və Arktikanın müdafiəsi üçün ayrılan vəsaiti artırmaqla Qrenlandiya ilə əlaqələrini gücləndirir. Pul vəsaiti digərləri ilə yanaşı, yeni dronlara, gəmilərə və Qrenlandiyada əməkdaşların sayının artırılmasına sərf olunacaq. Danimarkanın Baş naziri Mette Frederiksen müstəqilliklə bağlı qərarın Qrenlandiyadan gəlməli olduğunu desə də, Rigsfællesskabet (Danimarka Krallığı, Farer adaları və Qrenlandiya daxil olan Millətlər Birliyi – red.) çərçivəsində birliyin vacibliyini vurğulayıb.

Bu bəyanat 2009-cu ildə qəbul edilmiş “Muxtariyyət haqqında” qanuna uyğundur. Sənəddə deyilir ki, Qrenlandiya müstəqil olub-olmayacağına özü qərar verir. Bununla belə, qərar qüvvəyə minməzdən əvvəl hər iki parlament - Qrenlandiya Landstingi və Danimarka Folketinqi tərəfindən təsdiqlənməlidir.

Bu hadisələrin fonunda Danimarkanın Qrenlandiyada keçmiş sui-istifadələri ilə bağlı mübahisələr davam edir. 1960-1970-ci illərdə Qrenlandiya qadınlarının məcburi sterilizasiyası ilə bağlı qalmaqal yenidən ictimailəşdirilib. Prosedurlar Danimarka həkimləri tərəfindən Qrenlandiyanın əhalisini azaltmaq və Danimarkanın xərclərini azaltmaq məqsədilə həyata keçirilib. Ölkə Qrenlandiyaya hər il təxminən 4 milyard Danimarka kronu (550 milyon dollardan çox) verir ki, bu da adanın dövlət xərclərinin yarısından çoxunu təşkil edir. Prosedur haqqında bir çox qadın məlumatlandırılmayıb və bu ilin yazında 140 qadın Danimarka dövlətinə qarşı məhkəmə iddiası qaldıraraq vurulmuş zərərin əvəzi kimi 40 milyon Danimarka kronundan (5,5 milyon dollardan çox) çox təzminat tələb etdikdə qalmaqal başqa müstəviyə keçdi. Qadınlar, həmçinin Danimarka hökumətindən üzr istəməsini tələb ediblər, lakin indiyə qədər heç bir üzrxaqlıq edilməyib.

Qrenlandiyada apreldə keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində müstəqillik məsələsi əsas məsələyə çevrilir. Çoxları hesab edir ki, Trampın bəyanatları və son hadisələr Qrenlandiyanın Danimarka krallığından ayrılması prosesini sürətləndirə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri