Qrenlandiyanın Baş naziri: Mövqeyimiz dəyişməyib!
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, ABŞ-ın Qrenlandiyanın istəklərinə qarşı çıxan səkkiz Avropa ölkəsinə əlavə tariflər tətbiq etmək qərarı adanın öz qərarlarını vermək hüququna dair mövqeyini dəyişmir.
Turkustan.az xəbər verir ki, Nielsen ABŞ-da yerləşən Meta şirkətinin Facebook hesabında verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın əlavə tariflər tətbiq etmək qərarına münasibət bildirib.
Nielsen, həftəsonu Danimarka və Qrenlandiyada keçirilən nümayişlərdə iştirakın yüksək olduğunu bildirərək, Qrenlandiyanı dəstəkləyən bu nümayişlərin təsirli olduğunu və birlik mesajı göndərdiyini vurğuladı.
Nilsen bildirib ki, "ABŞ-ın son açıqlamaları, o cümlədən tarif təhdidləri, Qrenlandiyanın öz qərarlarını vermək hüququna malik demokratik bir cəmiyyət olması mövqeyimizi dəyişdirmir. Biz dialoqa, hörmətə və beynəlxalq hüquqa sadiq qalırıq".
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:101
Bu xəbər 19 Yanvar 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















