“Qrinç”in qriminə görə 20 milyondan imtina edirmiş
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur aktyor Cim Kerri “Qrinç” filmindəki ağır qrim səbəbindən çəkilişləri tərk etməyi və 20 milyon dollarlıq qonorardan imtina etməyi düşünüb.
Axşam.az xəbər verir ki, Aktyor qrim prosesinin onun üçün əsl bir işgəncə olduğunu və çəkilişlər zamanı yalnız ağızla nəfəs ala bildiyini qeyd edib.
Kerri bildirib ki, “Qrinç” kostyumu dəhşətli dərəcədə qaşındıran yak yunundan hazırlanmışdı və uzun, on düymlük barmaqların olması səbəbi ilə nə özünü qaşıya, nə də üzü ilə hansısa hərəkət edə bilirdi.
Filmin çəkilişləri başlayan kimi Cim Kerri panik ataklar yaşayıb və çəkilişləri tamamilə dayandırmaq fikrinə düşüb. Lakin onun köməyinə CIA-nın işgəncələrə qarşı müqavimət üzrə eksperti gəlib, hansı ki, ona ayaqlarına vurmaq, tez-tez siqaret çəkmək və bol qida qəbul etmək kimi bəzi üsulları məsləhət görüb. Aktyor əlavə edib ki, ona musiqi dinləmək, xüsusən də “Bee Gees” qrupunun mahnılarına qulaq asmaq da kömək edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Dekabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















