Icma.az
close
up
RU
“Qrip virusu hər il dünya üzrə milyonlarla insanı yoluxdurur“ HƏKİM DANIŞDI

“Qrip virusu hər il dünya üzrə milyonlarla insanı yoluxdurur“ HƏKİM DANIŞDI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son günlər Səhiyyə Nazirliyi ölkəyə yeni qrip əleyhinə vaksinlər gətirib. Bu əhalinin sağlamlığı üçün vacib addımdır. Qrip virusu hər il dünya üzrə milyonlarla insanı yoluxdurur və zaman-zaman ciddi sağlamlıq problemlərinə yol açır. Azərbaycanda isə qrip mövsümü payız və qış aylarında daha çox aktiv olur”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

O bildirib ki, qrip respirator sistemin viral infeksiyasıdır: “Qrip virusları müxtəlif tiplərdə olur (A, B, C) və ən çox A və B tipləri insanlarda xəstəlik törədir. Virus insan orqanizminə hava-damcı yolu ilə (öskürək, asqırıq, danışıq zamanı yayılan damcılarla) keçir. Bundan əlavə, virus yoluxmuş səthlərə toxunmaqla da yayıla bilər, məsələn, əl sıxışmaq, qapı tutacaqlarına toxunmaq.

Virusun inkubasiya müddəti qısa olur, adətən 1-4 gün davam edir. Bu müddətdə virus insan orqanizmində çoxalır və simptomlar ortaya çıxır.

Qrip xəstəliyinin əsas əlamətləri ani başlayan yüksək hərarət (38°C və daha yuxarı), baş ağrısı və halsızlıq, güclü əzələ və oynaq ağrıları, quru və tez-tez öskürək, boğazda ağrı və qızartı, ümumi zəiflik, yorğunluq, bəzən burun tutulması və ya axmasıdır.

Adətən, simptomlar 5-7 gün davam edir. İlk 2-3 gün hərarət yüksək olur, sonra tədricən azalır. Lakin xəstələr uzun müddət yorğunluq, halsızlıq və öskürəkdən şikayət edə bilərlər.

Sağlam və gənc insanlarda qrip adətən yüngül keçir və müalicə olunaraq sağalır. Lakin bəzi risk qruplarında qrip daha təhlükəli olur. Bu qruplar:

• Uşaqlar (5 yaşa qədər xüsusilə)
• Yaşlı insanlar (65 yaşdan yuxarı)
• Xroniki ürək, ağciyər xəstəlikləri olanlar
• Diabet və digər metabolik xəstəliklərdən əziyyət çəkənlər
• İmmuniteti zəifləmiş insanlar (məsələn, xərçəng xəstələri)
• Hamilə qadınlar

Bu qruplarda qrip virusu ağırlaşmalara, pnevmoniya (ağciyər iltihabı), ürək əzələsinin iltihabı, sinuzit vədigər ciddi xəstəliklərə səbəb ola bilər. Bəzən ağır fəsadlar xəstəxanaya yerləşdirilmə və hətta ölümlə nəticələnə bilər.

Qripdən qorunmanın ən effektiv yolu vaksinasiya etməkdir. Qrip virusları çox tez mutasiya olunur və həril fərqli variantlar yaranır. Buna görə hər il yeni qrip vaksinləri hazırlanır və bu vaksinlər həmin ilin viruslarına qarşı müdafiə yaradır.

• Xəstəliyin ağır keçməsinin qarşısını alır
• Risk qruplarını qoruyur
• Cəmiyyətin ümumi immunitetini artırır
• Xəstəlikdən sonra yaranan ağırlaşmaları azaldır

Bundan əlavə, qripdən qorunmaq üçün müvafiq tədbirlər də önəmlidir: Əlləri müntəzəm yumaq; üzə, gözə, buruna toxunmamaq, xəstə insanlarla yaxıntəmasdan çəkinmək, ictimai yerlərdə maska taxmaq (xüsusilə qrip mövsümündə), sağlam həyat tərzi sürmək (yaxşı qidalanmaq, kifayət qədər yatmaq)

Çox vaxt qrip evdə müalicə olunaraq sağalır. Lakin aşağıdakı hallarda mütləq həkimə müraciət etmək zəruridir: Hərarətin 38.5°C-dən yuxarı 3 gündən çoxdavam etməsi, nəfəs darlığı, nəfəs almaqda çətinlik, öskürək zamanı qan gəlməsi, güclü döşağrısı, xəstənin vəziyyətində sürətli pisləşmə və yaşüurda dəyişiklik, risk qruplarına aid şəxslər qrip simptomları göstərdikdə.

Həkim müayinəsi ilə lazım gəldikdə antiviral dərmanlar təyin oluna bilər ki, bu da xəstəliyin müddətini qısaldır və ağırlaşmaların qarşısını alır. Azərbaycana gətirilən qrip əleyhinə vaksinlər əhalinin sağlamlığını qorumaq və xəstəliyin ağır gedişini önləmək üçün vacib addımdır. Qrip virusu, xüsusilə risk qruplarında, həyat üçün təhlükəli olabilər. Ona görə də vaksinasiya ilə yanaşı, profilaktik tədbirlərə riayət etmək və xəstələndikdə vaxtında tibbi yardım almaq hər kəsin sağlamlığı üçün əsas şərtdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri