Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Qrip virusu insan orqanizmində hansı fəsadlara yol açır? ARAŞDIRMA

Qrip virusu insan orqanizmində hansı fəsadlara yol açır? ARAŞDIRMA

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Qış aylarında bir sıra xəstəliklər üstünlük təşkil edir.

Onların sırasında ən çox yayılan isə qripdir. Bir çox insanlar qripin qısa zamanda keçəcəyini düşünsə də, əslində bu virus orqanizmdə müxtəlif problemlərə də yol açır. Ona görə də mütəxəssislər insanları qış aylarında daha çox özünü göstərərn qrip kimi viruslarla bağlı diqqətli olmağa çağırır.
"Cebheinfo.az" xəbər verir ki, soyuq hava şəraitinin bəzi virusların ətraf mühit şəraitində daha uzun müddət yaşamasına imkan verdiyini bildirən türkiyəli mütəxəssis, pulmonoloq Özcan Oğurlu bildirib ki, havanın aşağı temperaturu tənəffüs yollarında qoruyucu selikli qişanı zəiflədir və virusların bədənə yapışmasını asanlaşdırır:

"Burun selikli qişasının quruması müdafiə mexanizmlərini zəiflədir və infeksiya riskini artırır. Qrip influenza virusunun yaratdığı və burun, boğaz və ağciyərlərə təsir edən yüksək yoluxucu bir infeksiyadır.

Oktyabrdan martadək yoluxma hallarının sayında əhəmiyyətli bir artım olur. Qızdırma, halsızlıq, əzələ ağrıları və öskürək kimi simptomlarla özünü göstərən qrip, erkən diaqnoz və müvafiq müalicə ilə daha yüngül şəkildə aradan qaldırılır".

Həkim həmçinin soyuqdəymə və yuxarı tənəffüs yollarının soyuqlamasının qış aylarında rast gəlinən ən çox yayılmış infeksiyalar arasında olduğunu bildirib:

"Bu xəstəliklərə məhz müxtəlif viruslar səbəb olur və ən çox yayılanı rinoviruslardır. Burun tıkanıklığı, burun axıntısı, boğaz ağrısı və baş ağrısı ən çox görülən simptomlar arasındadır. Pandemiya dövründə hər kəsin tanış olduğu COVID-19 tənəffüs yollarına və ağciyərlərə təsir edən yoluxucu bir infeksiyadır.

Qış aylarında digər tənəffüs yolu infeksiyaları ilə birlikdə meydana gəlmə ehtimalı artır. Oxşar simptomlara görə diferensial diaqnoz çox vacibdir".

Pnevmoniyanın ağciyər toxumasının iltihabı nəticəsində inkişaf etdiyini bildirən Oğurlu, "Xəstəlik bakterial və ya virus səbəbindən yarana bilər. Öskürək, bəlğəm, nəfəs darlığı və yüksək qızdırma kimi simptomlar ciddi qəbul edilməlidir. 

Digər tərəfdən bronxit isə tənəffüs yollarının iltihabı ilə inkişaf edir və öskürək xüsusilə özünü göstərir" deyib.

Mütəxəssis peyvəndin qış aylarında müşahidə olunan tənəffüs yolu infeksiyalarına qarşı ən təsirli qorunma üsullarından biri olduğunu bildirib:

"Hər il payız aylarında, xüsusən də yaşlı insanlara və xroniki xəstəlikləri olanlara qrip peyvəndi mütləq vurulmalıdır. Pnevmoniya peyvəndləri də əhəmiyyətli dərəcədə qorunma təmin edir və peyvəndin növündən asılı olaraq uzunmüddətli immunitet yarada bilər".

Həkim infeksiya riskini azaltmaq üçün soyuq havada bədən istiliyinin qorunmasının vacibliyini vurğulayıb:

"Əlcək, papaq və şarf istifadə etmək həm soyuqlamağın qarşısını alır, həm də nəfəs aldığımız havanın isinməsinə kömək edir. Mütəmadi olaraq əl yumaq və meyvə-tərəvəzin daha çox istehlakı immunitet sistemini əhəmiyyətli dərəcədə dəstəkləyir".

Mütəxəssis qışda başlayan öskürəyin həmişə ciddi qəbul edilməli olduğunu vurğulayıb:

"Üç həftədən çox davam edən öskürək əsas xəstəliyin əlaməti ola bilər. Bu halda dərhal həkimə müraciət etmək lazımdır. Qripdən sonrakı simptomlar davam edə bilər və bəzi hallarda qrip virusu pnevmoniyaya səbəb ola bilər. Belə hallarda həkimlə erkən məsləhətləşmə diaqnoz və müalicə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır".

Qeyd edək ki, Azərbaycanda da havaların soyuması ilə bu kimi viruslara yoluxanların sayı artır. Ölkədə hazırda qrip virusunun həddən artıq yayılmasının müşahidə olunduğunu deyən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, qrip ştamı daim dəyişən viruslardandır: 

"Qripdən ən yaxşı müdafiə vaksinasiyadır. Hazırda təcili yardıma qriplə bağlı müraciətlər çoxalıb. Çox ağırlaşan xəstələrimiz olmayıb. Əsasən uşaqları stasionar müalicəyə cəlb edirik. Ağırlaşma və ya ölüm halları baş verməyib".

Son statistik rəqəmlərə görə, yəni 8 oktyabrdan 28 yanvaradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 271 nəfər qrip əleyhinə peyvənd olunub.

Onlardan 0-17 yaş aralığı 4 219 nəfər, 18-59 yaş aralığı 16 875 nəfər, 60 yaş və yuxarı isə 6 177 nəfərdir.

Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan "Sanofi Pasteur" şirkətinə məxsusdur. 

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri