Icma.az
close
up
RU
Qriqori təqvimi ilə Qriqoryan kilsəsini nə bağlayır? Ekspert açıqladı KONKRET

Qriqori təqvimi ilə Qriqoryan kilsəsini nə bağlayır? Ekspert açıqladı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bu gün Qriqori təqvimi ilə yeni il qeyd edilir. Ümumiyyətlə Qriqori təqvimi nədir və necə yaranıb?

KONKRET.az həmin təqvimlə bağlı bəzi məqamlara aydınlıq gətirib.  Qriqori təqvimi dünyanın əksər ölkələrinin rəsmi təqvimidir. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunub.  Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilib.Qriqori təqviminin Yuli təqvimidən fərqi -13 gündürsə, XIX əsrdə-12 gün, XVIII əsrdə-11 gün, XVII və XVI əsrlərdə isə-10 gün olub.  Yuli təqvimində 4 ildən bir fevral ayı 29 gün olur. Qriqori təqvimində də belədir, amma sonu  iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 29 gün olmur, yəni Yuli təqvimində 1700, 1800, 1900, 2100-cü illərdə fevral ayı 29 gün olduğu halda, Qriqori təqvimində həmin illərin fevral ayı 28 gündən ibarətdir.

Bu,Qriqori təqvimi haqqında kiçik bir araşdırmaydı və qısa da olsa bu məsələyə  aydınlıq gətirməyə çalışdıq. Məsələnin başqa tərəfi isə ermənilərin bu təqvimi erməni kilsəsinin adıyla bağlamağa cəhd etməsidir. Ümumiyyətlə Qriqori təqviminin Qriqoryan kilsəsinə hər hansı əlaqəsi varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən dini ekspert Tural İrfan bildirib ki, bunların heç bir əlaqəsi yoxdur və erməni kilsəsi sadəcə xristianlığın ən radikal qanadıdır:

“Heç də  səmavi dinlərə xas olmayan tərzdə milliləşdirilmiş təriqət olan Qriqoryanlıq bir çox xüsusiyyətlərinə görə fərqlənir. Dindən çox siyasət və erməniçilik ideologiyasını yaymaqla məşğul olur, terrora dəstək verir. Hazırda əsas mərkəz Ermənistandakı Üçmüəzzin şəhərində, digəri isə  Livandadır. Vaxtilə xlafət dövründə xəlifələrə yaxınlaşaraq Bizansa qarşı mövqe tutan bu kilsə fürsət düşdükcə xilafətə də xəyanət edirdi. Erməni kilsəsinin yarandığı vaxtdan indiyə kimi göstərdiyi fəaliyyət və məqsəd dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaq olub. Bir növ bu təriqəti öz faşist ideoloji dəsti-xətti olan terror təşkilatı da hesab etmək olar. Yəni, belə bir dini cərəyanın dini ayinləri, ibadətləri, bayramları sadəcə formal olaraq qəbul etdiyi şübhəsizdir. Əsas məqsədi dini, mənəvi dəyərlər yox, siyasi fəaliyyətdir. Qriqoryan kilsəsi eyni zamanda hər şeyin yerini, adını dəyişmək, erməniləşdirmək üçün çalışır.  Fars ideoloqları müsəlmanlardan fərqlənmək üçün bayramları hər il fərqli günlərə saldıqları kimi erməni kilsəsi də fərqlənmək üçün, guya özünün də nədəsə müstəqil mövqeyi olduğu görüntüsü yaratmaqdan ötəri müəyyən rituallarda, bayramlarda dəyişiklik edib. Həzrət İsanın doğumunu, yəni mövludunu da fərqli gündə qeyd edirlər. Bu təriqətin əsasını Bizans zamanında indiki Türkiyənin Kayseri bölgəsindən gəlmiş Qriqor, Kirkor adlı şəxsə bağlayırlar. O şəxs barədə də qeyri dəqiq məlumatlar var, erməni olması da dəqiq deyil. Qurduğu cərəyanı Həzrət İsanın həvarilərinə bağlayan Qriqor başqalarından fərqlənən bir məzhəb formalaşdırsa da əslində ermənilər sonradan bu cərəyanı təhrif ediblər. Öz milli ideologiyalarını, siyasi məqsəd və maraqlarını radikal şəkildə kilsə məramına çeviriblər. Odur ki, bu kilsəni dini cərəyan hesab etmək olmaz. Eyni zamanda Qriqor təqviminin də Qriqoyna kilsəsinə heç bir bağlılığı yoxdur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri