Qriqoryan Hikmət Hacıyevlə görüşəcək
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçiriləcək iqtisadi forum çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qriqoryan aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək forumda iştirak edəcək:
“Onun iştirak edəcəyi panel müzakirəsi “Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlığın artırılması” adlanır. Görüşdə Qriqoryan və Hacıyevdən əlavə, Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos və Moldova Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Stanislav Sekrieru da iştirak edəcək”.
Baxış sayı:126
Bu xəbər 21 Aprel 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















