Qriqoryan Paşinyandan incidi: Bütün təkliflərini rədd etdi
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Armen Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən getdikdən sonra Nikol Paşinyanın ona təklif etdiyi digər postdan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Qriqoryan onun əvəzlənməsi ilə bağlı qərarın qəbul edilmə forması ilə razılaşmayıb və bundan narazı qalıb.
Nəşrin məlumatına əsasən, Paşinyan Qriqoryanın işindən hər hansı bir narazılığı olmadığı üçün onunla sağollaşmayacağını bildirib. O, sadəcə olaraq, mövcud siyasi vəziyyətdə belə bir kadr yerdəyişməsini məqsədəuyğun hesab edib.
Bu qərardan sonra tərəflər arasında gərgin danışıq olub. Qəzet iddia edir ki, hələ avqustun 13-ü səhər saatlarında Paşinyan Qriqoryanı komandada saxlamağa çalışaraq, ona özünün baş məsləhətçisi postunu təklif edib. Lakin o, bu təklifi qəti şəkildə rədd edib.
Eyni zamanda, iddialara görə, Qriqoryan əvvəlcə Təhlükəsizlik Şurasını tərk etməyə və başqa bir vəzifədə fəaliyyətini davam etdirməyə razı olub. Lakin onun yerinə məhz kimin keçəcəyi məlum olduqda vəziyyət dəyişib. Qəzet yazır ki, Paşinyanın Simonyanı bu posta gətirmək planlarından hətta öz komandasının bir çox üzvləri belə xəbərsiz olub, bu səbəbdən qərar onlar üçün də gözlənilməz olub.
Bundan əlavə, baş nazirin ətrafındakılar Simonyanın parlament seçkisindən sonra uzun bir fasilə götürəcəyini və bir müddət aktiv siyasətə qayıtmayacağını düşünürdülər. Məlumata görə, nəticədə onun qəfil təyinatı və Qriqoryanın gedişi hakim Vətəndaş Sazişi Partiyası daxilindəki gərginliyi daha da artırıb.
"Komandanın bir çox üzvləri Qriqoryana qarşı bu cür rəftarı səhv hesab edirlər, çünki o, 2018-ci il inqilabının qurucularından biri olub", - deyə qəzet qeyd edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















