Qrossi: İran nüvə bombası hazırlamaqla məşğul olmayıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan edib ki, İsrailin hücumları başlayan zaman İran nüvə bombası yaratmaqla məşğul olmayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "La Nacion" nəşrinə müsahibəsində bildirib.
R.Qrossi jurnalistin "İran nüvə bombası hazırlayırdımı?" sualına cavabında deyib:
"Hazırkı cavab "xeyr"dir. Lakin onun buna aparan bir çox elementləri var idi".
R.Qrossi, həmçinin, İranın nüvə bombası hazırlaması üçün nə qədər vaxt lazım ola biləcəyi barədə spekulyasiyalardan çəkinməyi tövsiyə edib.
"Xronoloji məsələlərə böyük ehtiyatla yanaşmaq lazımdır. Hamımız İraqın silahdan istifadə etməsi üçün 45 dəqiqəyə lazım olduğu barədə faciəvi bəyanatları xatırlayırıq", - deyə qurum başçısı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 İyun 2025 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















