Icma.az
close
up
RU
Qrossi: İsfahana hücum nəticəsində uran konversiya zavodu zədələnib

Qrossi: İsfahana hücum nəticəsində uran konversiya zavodu zədələnib

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"İsrail və İran arasında artan hərbi gərginlik fonunda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranda nüvə zəmanətlərinin yerinə yetirilməsini yoxlamağa yalnız təhlükəsizlik vəziyyəti imkan verdikdə davam edəcək".

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi agentliyin İdarə Heyətinin növbədənkənar sessiyasının açılışında bəyan edib.

Onun sözlərinə görə, BAEA-nın İranı tərk etmək niyyəti yoxdur. O vurğulayıb ki, hazırkı hərbi eskalasiya İranın nüvə proqramı ilə bağlı diplomatik həll yoluna nail olunması prosesini ləngidir.

Qrossi bildirib ki, o, İranda fəaliyyət göstərən BAEA müfəttişləri ilə əlaqə saxlayır, eyni zamanda İran hakimiyyəti ilə əməkdaşlıq və məlumat mübadiləsinin aparıldığını qeyd edib.

"Fordoda yanacaq zənginləşdirmə obyekti və tikilməkdə olan Xondab ağırsu reaktorunda hər hansı ziyan qeydə alınmayıb. "Buşehr" AES son hücumların hədəfi olmayıb və onlardan zərər görməyib. Eyni sözləri Tehran tədqiqat reaktoru haqqında da demək olar".

Bununla belə, Qrossi təsdiqləyib ki, cümə günü İsfahan şəhərinə edilən hücum nəticəsində dörd bina - o cümlədən kimya laboratoriyası və uran konversiya obyekti zərər görüb.

Natanzdakı uran zənginləşdirmə zavodunun yerüstü hissəsi isə hücum nəticəsində məhv edilib.

Qrossinin sözlərinə görə, obyektin hüdudlarından kənarda radiasiya səviyyəsi normaldır, lakin daxilində həm radiasiya, həm də kimyəvi çirklənmə qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyun 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri