Qrossi İspaniyada AES lərdə təhlükəsizliklə bağlı vəziyyətdən yazdı
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın elektrik şəbəkəsindəki nasazlıq ölkənin atom elektrik stansiyalarının (AES) təhlükəsizliyinə təsir etməyib.
“Ölkə.az” xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsində bildirib.
“BAEA İspaniyanın nüvə tənzimləyicisindən vəziyyətin sabit və nəzarət altında olduğuna dair təsdiq alıb. Nüvə və fiziki təhlükəsizlik pozulmayıb”, - o yazıb.
Qrossinin sözlərinə görə, bəzi AES-lər xarici ehtiyat enerji mənbələrindən istifadə edir.
Qeyd edək ki, bu gün gündüz saatlarında genişmiqyaslı elektrik kəsintisi Qərbi Avropanı iflic edib - İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız, internetsiz qalıb, metro işləməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 29 Aprel 2025 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















