Qrossi: İsrailin İrana zərbələri qlobal nüvə təhlükəsizliyinə təhdid yaradır
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"İranın nüvə proqramı ətrafında baş verən hərbi eskalasiya nüvə silahlarının yayılmamasına dair qlobal rejimin dağılması ilə nəticələnə bilər. Lakin diplomatik həll yolları hələ də mövcuddur".
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi agentliyin İdarə Şurasının fövqəladə iclasında bəyan edib.
"Biz hazırda BAEA-nın üç üzv dövlətinin iştirak etdiyi ciddi münaqişənin ortasındayıq. İranın nüvə obyektləri hücuma məruz qalır. Bu toqquşmanın ağırlığı qlobal yayılmama rejimini məhv edə bilər, lakin diplomatik danışıqlara qayıtmaq imkanı hələ də var", - deyə Qrossi bildirib.
O qeyd edib ki, BAEA müfəttişləri İranın nüvə obyektlərinə qayıdaraq zənginləşdirilmiş uran ehtiyatlarını yoxlamalıdırlar.
"İlk növbədə, biz danışıqlar masasına qayıtmalıyıq. Bunun üçün isə müfəttişlərin İranın nüvə obyektlərinə daxil olmasına və o cümlədən 60%-ə qədər zənginləşdirilmiş 400 kq uran ehtiyatını sənədləşdirməsinə icazə verilməlidir", - deyə o vurğulayıb.
Qrossi, həmçinin əlavə edib ki, İran hakimiyyəti ölkə daxilindəki obyektlərdən nüvə yanacağının başqa yerlərə daşınması ilə bağlı BAEA-ya məlumat verməlidir.
"İran ərazisində qorunan obyektlərdən başqa məkana hər hansı nüvə materialının daşınması ilə bağlı agentlik məlumatlandırılmalıdır. Bu, İranın təminatlar üzrə razılaşmalarına uyğun şəkildə həyata keçirilməlidir", - deyə Qrossi bəyan edib.
Baxış sayı:89
Bu xəbər 23 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















