Icma.az
close
up
RU
Qrossi: Ümid edirik ki, ABŞ Fordo ərazisində bunker qıran bombadan istifadə etməyəcək

Qrossi: Ümid edirik ki, ABŞ Fordo ərazisində bunker qıran bombadan istifadə etməyəcək

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi ABŞ-ın İranın Fordo nüvə obyektinə hücum etmək üçün bunker bombalarından istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Qrossi bu barədə CNN telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, bu baş verməyəcək. Ümid edirəm ki, biz diplomatik həll yoluna qayıda bilərik. Düşünürük ki, yaxşı razılaşmamız və yaxşı yoxlamamız olacaq. Bilirsiniz, bunkerləri dağıtmağa ehtiyac yoxdur”, - deyə o qeyd edib.

Qrossi İranın yaxın gələcəkdə nüvə bombası yarada bilməsi üçün uranın olması iddiasını da “fərziyyə” adlandırıb.

O bildirib ki, yanacağın olması onun silahı olması demək deyil. BAEA rəhbəri vurğulayıb ki, bu, nüvə stansiyaları olan bütün ölkələri nüvə silahı hazırlamaqda ittiham edə bilər.

Bundan əvvəl Qrossi bəyan etmişdi ki, İsrailin hücumları zamanı İran nüvə bombası yaratmaq üzərində işləmirdi.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə onlar yenidən qarşılıqlı hücumlar həyata keçiriblər.

Hər iki tərəf bu hücumlar nəticəsində ölən və yaralananların olduğunu bildirib və bir sıra hədəfləri vurduğunu etiraf edib. Qarşılıqlı hava hücumları davam edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri