Qrup yoldaşları faciəvi qəzada həlak olan Vasifi Türkiyədə yad etdilər FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
5 gəncin vəfatı ilə nəticələnən ağır qəzada "Lexus" markalı avtomobil idarə şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi olub.
"Unikal" Gencexeber.az-a istinadən xəbər verir ki, dekabrın 7-də saat 02:00 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Lexus" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində sürücü - Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu, 2003-cü il təvəllüdlü Vasif Həsənli, eləcə də qardaşı – 24 yaşlı Rusif Həsənli, əmisi oğlu – 35 yaşlı İldırım Həsənli, həmçinin 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə həlak olublar.
Həyatını itirən şəxslərin hamısı Zəhmətabad kənd qəbiristanlığında yan-yana dəfn edilib.
Məlumata görə, Vasif Həsənli Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində təhsil alıb və həyatının 3 ilini Gəncədə yaşayıb. O, ADAU–EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində Türkiyənin Ege Universitetinə bütün qruplar arasında ən yüksək bal toplayaraq qəbul edilib. Bakalavr təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yollanıb.
Sözügedən proqramla magistr təhsilini davam etdirən Vasifin Gəncə şəhərindən olan qrup yoldaşları İzmirdə mərhumun ruhuna ehsan veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Dekabr 2025 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















