Icma.az
close
up
RU
“Qrupun başında Obama dururdu” Tramp Obamanı vətənə xəyanətdə ittiham etdi

“Qrupun başında Obama dururdu” Tramp Obamanı vətənə xəyanətdə ittiham etdi

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp sabiq prezident Barak Obamanı dövlət çevrilişinə cəhd və ölkəyə xəyanət etməkdə günahlandıraraq onun məhkəmə qarşısına çıxarılmasını tələb edib. 

Tramp bu sərt açıqlamanı Ağ Evdə Filippin Prezidenti Ferdinand Markos Jr. ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Prezident Tramp bildirib ki, Obama administrasiyası dövründə yüksək vəzifəli şəxslər tərəfindən Rusiyanın 2016-cı il seçkilərinə guya Trampın xeyrinə müdaxilə etdiyinə dair saxta sübutlar hazırlanıb. O, bu addımların məqsədinin Trampın prezident seçilməsinin qarşısını almaq olduğunu vurğulayıb.

“Bu, dövlətə xəyanətdir. Qrupun başında Obama dururdu", – deyə əlavə edib.

Tramp Obamanı keçmiş prezident Co Baydeni, sabiq dövlət katibi Hillari Klintonu, keçmiş FBI direktoru Ceyms Komini, ABŞ milli kəşfiyyatının sabiq rəhbəri Ceyms Klapperi və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanı “qruplaşma” olaraq xarakterizə edib və  onların ABŞ tarixinə düşəcək qədər böyük bir saxtakarlığa imza atdığını iddia edib.

Trampın bu çıxışına Obama tərəfindən cavab gecikməyib. Sabiq prezidentin ofisindən verilən açıqlamada Trampın səsləndirdiyi ittihamlar “mənasız  və diqqəti yayındırmağa yönəlmiş cılız bir cəhd” kimi qiymətləndirilib.

Trampın istinad etdiyi hesabatın, ABŞ milli kəşfiyyatının sabiq rəhbəri Tulsi Qabbard tərəfindən yayımlandığı və Obama administrasiyasının guya saxta kəşfiyyat məlumatları ilə seçkilərə müdaxiləni uydurduğunu iddia etdiyi bildirilir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyul 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri