Qu quşu Trampın dostuna hücum etdi
Azpost saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın prezidenti Donald Tramp qolf oynamağın təhlükəli ola biləcəyini iddia edib. AzPost xəbər verir ki, o, “Truth Social” platformasında müttəfiqi və iş ortağı Stiv Vitkoffun qu quşu tərəfindən hücuma məruz qaldığını əks etdirən görüntünü paylaşıb.
Tramp paylaşımında bildirib ki, hadisə Bedminster qolf klubunda baş verib: “Mən həmişə demişəm ki, qolf təhlükəli idmandır – dostumu dişləyiblər”.
Şəkildə qu quşunun Vitkoffun qasıq nahiyəsini çimdiyi və onun özünü quşun təsirindən azad etməyə çalışdığı əks olunub. Hadisənin görüntüləri Trampın tərəfdarları və mediada geniş müzakirələrə səbəb olub.
Qu quşunun aqressiv davranışına nə səbəb olduğu dəqiqləşməyib. Vitkoff hazırda Trampın yaxın çevrəsində olan tanınmış iş adamlarından biri hesab olunur. Onun hadisədən sonra xəsarət almadığı bildirilir.
Paylaş
Baxış sayı:121
Bu xəbər 26 May 2025 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















