Quarejma Türkiyənin ən güclü komandasını AÇIQLADI: “Beşiktaş” deyil
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyaca məşhur keçmiş futbolçu Rikardo Quarejma əfsanəsi olduğu “Beşiktaş”ın hazırkı vəziyyətini qiymətləndirib. Ağ-qara komandanın vəziyyətindən kədərləndiyini bildirən Quarejma deyib: "Hazırda Super Liqanın ən güclü komandası “Qalatasaray”dır".
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Quarejma “Beşiktaş”ın vəziyyətindən kədərləndiyini ifadə edərək deyib: "Düzünü desəm, “Beşiktaş”ın çempionluq uğrunda mübarizə aparmaq məqsədindən uzaq olduğuna görə kədərliyəm. Nə heyət strukturu, nə də oynanan futbol mənə zövq vermir. Düşünürəm ki, həm oyunçu, həm də məşqçi seçimində daha diqqətli olmalıdırlar".
Vəziyyətdən narazılığını bildirən portuqaliyalı ulduz əlavə edib: "Bir azarkeş olaraq, əlbəttə, kədərliyəm. Klubumun belə bir dövrdən keçdiyini görmək asan deyil. Amma bu, futboldur və ümid edirəm ki, gələn mövsüm “Qalatasaray”la çiyin-çiyinə rəqabət apara biləcək bir "Beşiktaş" görəcəyik".
Quarejma “Qalatasaray”ın Türkiyənin ən güclü komandası olduğunu bildirib və deyib: "Fənərbaxça”nın da “Beşiktaş”dan daha yaxşı olduğunu deyə bilmərəm, çünki elə deyil. Amma hazırda liqada çox güclü bir “Qalatasaray” görürəm. “Qalatasaray” hazırda Super Liqanın ən güclü komandasıdır. Heyət və məşqçi baxımından, bir azarkeş olaraq, heç də məmnun deyiləm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Dekabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















