Quba B.Səfəroğlunun yubileyinə hazırlaşır
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qubada Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi qeyd olunacaq. Mərasim mart ayının əvvəllərində Milli Teatr Günü ərəfəsində Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində keçiriləcək.
Məclisdə istedadı ilə adını sənət tariximizə qızıl hərflərlə yazdırmağı bacaran Bəşir Səfəroğlunun həyat və yaradıcılığından geniş söz açılacaq, qubalı teatrsevərlərə Səfəroğlu sənətinin layiqli davamçısı, görkəmli aktyorun qızı, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə tamaşa təqdim olunacaq.
Xatırladaq ki, Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. “Aygün” (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) filmlərində çəkilib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında aktyor onlarla satirik obraz yaradıb.
Bəşir Səfəroğlu 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















