Quba nın baş məşqçisi: Ancaq ondan sonra oyunçular arası əlaqə itdi
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Yaxşı hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Ancaq oyunçuların fərdi olaraq sonluqda səhvləri oldu". Sport24.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "Lənkəran"la keçirdikləri görüşdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqib komandanı qələbə münasibətilə təbrik edib: "Lənkəran"ı təbrik edirəm, çox yaxşı oynadılar. Demək olar ki, sona qədər mübarizə apardılar. Rəqibi bir daha təbrik edirəm".
Baş məşqçi oyunçularından narazılığını ifadə edib: "Qarşı tərəf yaxşı oynadı, lakin bizim oyunçular haqda bunu demək olmaz. 11 xallıq fərq yaratdıq. Ancaq ondan sonra oyunçular arası əlaqə itdi. Belədə, oyun əldən getdi. Sonda bir sıra oyunçumuzun səhvi buna gətirib çıxardı".
Qeyd edək ki, bu gün Azərbaycan Basketbol Liqasının 13-cü turunda "Quba" – "Lənkəran"a 87:84 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Fevral 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















