Quba nın baş məşqçisi: Son oyunlarda komandamızın bir qədər fərqli oyun oynadığı...
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Bugünkü oyun bir qədər fərqli oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XVIII turunda "Lənkəran"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis komandasının 95:84 hesablı qələbəsini şərh edib:
"Gözlədiyimizdən ciddi müqavimətlə üzləşdik. "Lənkəran"ı göstərdikləri performansa, oyuna görə təbrik edirəm. Son oyunlarda komandamızın bir qədər fərqli oyun oynadığı nəzərə çarpırdı, xüsusilə də müdafiədə. Amma son qarşılaşmalarda bir sıra səbəblərə görə matçları uduzurduq, güclü rəqiblərlə qarşılaşırdıq. "Gəncə" və "Şəki" matçlarını nəzərdə tuturam. Hansı ki, o oyunları da uda bilərdik. "Lənkəran"a qarşı komanda kimi oynadıq. Əsasən müdafiədə işlədik. Buna baxmayaraq, rəqib ciddi müqavimət göstərdi. Komandamız isə sonda sözünü dedi və qələbə qazandıq".
Qeyd edək ki, "Quba" 23 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 Mart 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















