Icma.az
close
up
RU
“Quba Olimpiya Kompleksi bir oyun üçün bizdən 3500 manat istədi”

“Quba Olimpiya Kompleksi bir oyun üçün bizdən 3500 manat istədi”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İkinci liqada 3-cü yer tutmaqla 1-ci liqaya yüksələn “Şimal”da vəziyyət elə də ürəkaçan deyil.

"Football-plus.az" xəbər verir ki, sponsor axtarışında olan komandanın oynayacağı stadion da yoxdu.
Ümumiyyətlə, problem çoxdu. Bəs həll yolları nədi? Klub prezudenti Qılman İbrahimovla danışdıq.
- Ötən günlərdə forma üzərində sponsorluq üçün şirkətlərə təklifinizi gördüm. Nəticə necə oldu? Klubun maliyyə durumu necədi? Axı sponsorunuz var idi.
- Əvvəlki mövsümlərdə sponsorumuz bizi qane edirdi. Ancaq 1-ci liqanı “darta” bilmədi. Şirkətlərin limitləri var, onu aşa bilmədilər. Burda hər şey tam başqa olacaq. Komandaların gücü də başqadı. Maliyyə xərcləri də fərqlidi. Üç gündü kampaniya başlatmışıq. Məsələyə praqmatik yanaşırıq. Elə klublar var ki, böyük sponsorlarla işləyirlər, sponsor bir mövsüm sonra əlini çəkir, qalırlar belə.
- Ötən mövsümdəki sponsorlardan heç biri qalmadı? Onların limit məbləği sizə sərf etmədi?
- Biri ilə yolları ayırmışıq, digərindən də xəbər gözləyirik. Bilmirik nə vaxt büdcəsini açıqlayacaq, nə qədər verəcək, dəqiq bilinmir. O da elə böyük şirkət deyil.
- Sirr deyilsə, hansı şirkətdi?
- Kənd təsərrüfatı ilə bağlıdı.
- Hazırda sponsorunuz yoxdu?
- Nağd gəlirimiz AFFA-dandı (qurum 1-ci liqa klublarına hər il 300 min manat ayırır – red.). Bütün planlarımızı AFFA-nın ayırdığı büdcə əsasında formalaşdırmışıq.
- Axı Futbolun İnkişaf Fondu (FİF) də var. Bu qurumla hansısa danışığız olub?
- Bəli, FİF-lə - Tural bəylə görüşümüz olub, amma onlar da sponsor tapılacağına təminat vermir. Onların sistemi “biznes-klub” layihəsidi. İş adamları cəlb olunur. Onları da futbola gətirmək çətin məsələdi, bu da hamımıza aydındı. Hər kəs maraq axtarır, maraq olmayan yerə vəsait ayırmaq istəmir. Azərbaycanda sponsorluq işi çətin məsələdi. Avropada tam başqadı, bizdə başqa.
- “Şimal”ın 2025/26 mövsümündə 1-ci liqadakı hədəfi nə olacaq?
- Nə yalan deyim, düzdü, hədəfsiz olmaq qeyri-peşəkarlıqdı. Nə qədər qeyri-peşəkar səslənsə də, 1-ci liqada qalmaq uğrunda oynayacağıq.
- İşdi-şayət, yaxşı sponsor tapsa, “Şimal”ın hədəfi dəyişə bilər?
- Əlbəttə, tutarlı sponsorumuz olsa, hədəfimiz dəyişə bilər. İki il ərzində gördüyümüz işlər qabağındadı. Ən böyük hədəfimiz klubun uzunömürlü olmasıdı. Azərbaycanda klubların yaranıb-dağılması adi hal alıb. İngiltərədə 150 illik tarixə malik klublar var ki, heç vaxt premyer-liqaya yüksəlməyiblər.
- Bəs klubun gələcəyi barədə planlarınız nədi?
- Xaçmazda bu potensialı görüb yaratdım. Mənim üçün müəyyən struktur olsa, Xaçmazda futbolçu yetişdirib sataram. Hazırda 40-a yaxın paytaxt və ətrafında olan klublar var ki, futbolçuları Xaçmazdan çıxıb. 10-11 yaşında gəlib götürüb aparırlar. Aşağı yaşlarını o komandalarda keçirir deyə onların akademiyasından çıxmış, oranın yetirməsi sayılır. Müəyyən qədər infrastruktur olsa, maliyyə mənbəyi də olar. Xaçmazda olan istedadlı uşaqlar heç bir bölgədə yoxdu. Nəinki şimalda, heç ölkədə yoxdu.
- Gələk əsas məsələlərdən birinə - stadionun taleyinə. Doğma stadionunuzla bağlı vəziyyət nə yerdədi?
- Stadion çox böyük problemdi. Təmir lazımdı. 500 min manat lazımdı ki, stadionu təmir edək. Süni örtük də ola bilər, əsas odu ki, olsun. Mənim öz stadionum ideal vəziyyətdə olsa, çox böyük işlər görərəm.
- Bəs harda oynayacaqsız? Ötən mövsümün sonlarında Quba variantı var idi.
- Bəli, Qubada oynamaq istəyirdik, amma Olimpiya Kompleksində bizə kosmik bir rəqəm dedilər. Həmin qiymətə oynamaq qeyri-mümkündü. Heç elita klubları bir oyun üçün o qədər pul ödəmir. Çox güman, “İmişli” orda oynayacaq.
- Nə qədər?
- Bir oyuna 3500 manat.
- Bəs başqa stadionlar?
- “Sumqayıt”da oynamaq istəyirdik. “Kapital Bank Arena”nı vermədilər ki, özümüz məşq edirik, köməkçi stadiona da nazirlik icazə vermədi.
- Ötən mövsüm oynadağınız Siyəzəndən niyə ayrıldız?
- 1-ci liqa standartlarına cavab vermir.
- Bəs harda oynayacaqsız?
- Yəqin ki, Şamaxı Olimpiya İdman Kompleksində.
- Bəlkə öz stadionunuzun təmiri ilə bağlı nazirliyə müraciət edəsiz?
- Nazirliklə danışıq həmişə olub. Bu gün olub, dünən də həmçinin – həmişə danışıram. Bizə lazım olan təmir olunmasıdı. 1500 nəfərlik stadionumuz var. İçində hər şərait var. Paltardəyişmə otaqları ideal vəziyyətdə, dopinq otağı da həmçinin. Sadəcə, stadionun ölçüsü standartlara uyğun deyil.
- Ev oyunlarını Xaçmazda keçirmək sizin üçün nə qədər əhəmiyyətlidi?
- İnanın ki, ev oyunlarını Xaçmazda keçirsək, stadion dolar. 1 manatdan bilet satsaq, bu da gəlir deməkdi. Nə qədər problemimizi həll edərik. Region Liqasının finalında 500 azarkeş bizi dəstəkləmək üçün iş-gücünü atıb Xaçmazdan Şamaxıya gəlmişdi. Kəndlərarası çempionata 4 min azarkeş gəlir. Heç premyer-liqada hər oyun bu qədər azarkeş toplamır. Bu region futbola acdı.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Avqust 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri