Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB

QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün bütün regionlarda bir-birindən möhtəşəm tikinti-quruculuq və abadlıq işləri görülür. Təbii ki, bu işlərin həyata keçirilməsi üçün öncə maliyyə qaynaqları  tələb olunur. Və heç kimə də sirr deyil ki, son illər  Azərbaycan sosial-iqtisadi  cəhətdən daha da inkişaf edib, onun neftdən, qazdan və digər təbii sərvətlərdən gəliri  artıb. Aydındır ki, bu maliyyə mənbələri olmadan heç daşı daş üstə qoymaq mümkün deyil. Əlbəttə,  ölkəmizin belə sürətlə sosial-iqtisadi və hərbi cəhətdən inkişafı bizim bir çox  möhtəşəm layihələrin həyata keçirilməsinə münbit şərait yaradır. 

Onu da qeyd edək ki, həm Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, həm də prezident  İlham Əliyevin fəaliyyət göstərdiyi 20 ildən çox bir zaman kəsiyində birmənalı olaraq ölkəmizin bütün regionlarında möhtəşəm quruculuq, abadlıq işləri həyata keçirilir. Heç kim deyə bilməz ki, bu işlərin gerçəkləşməsində Azərbaycana  hansısa xarici ölkədən bir dəstək olub. Bütün bunların hamısını ölkəmiz öz daxili imkanları hesabına  reallaşdırmağı bacarıb. 

Böyük abadlıq və quruculuq işləri görülən rayonlardan biri də Qubadır. O Quba ki onun saf havası, bulaq suyu, gözəl meşələri və istirahət mərkəzləri var. 30-40 il bundan əvvəl Qubada  indiki kimi tikililər, sosial obyektlər, istirahət mərkəzləri, xəstəxanalar, uşaq bağçaları, olimpiya idman kompleksi, sanatoriyalar mövcud deyildi. Amma bu gün Qubaya yolunuz düşsə  görərsiniz ki, orda hansı böyük işlər həyata keçirilib. Və bu böyük işlər də heç də birdən-birə gerçəkləşməyib. Yəni həmin işlərin görülməsi üçün müəyyən illər, zaman tələb olunub. 

Bu yaxınlarda yolum Qubaya düşmüşdü. Hardasa 15 il bundan əvvəl həmin şəhərdə olmuşdum. Onda da Qubada bir çox yeniliklər gördüm. O yeniliklərdən biri Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi idi. Amma bu dəfə isə bir-birindən gözəl sosial obyektlər, xəstəxanalar, məktəblər, uşaq bağçaları, parklar və xiyabanlar göz  oxşayırdı. Havanın isti keçməsinə baxmayaraq, Qubada çox sakit və sərin  hava mövcud idi. Hiss olunurdu ki, regionlardan, o cümlədən Bakıdan Qubaya çoxlu sayda insanlar istirahətə gəliblər. Bu da təsadüfi deyildi. Çünki Quba həm Bakıya yaxındır, həm də ab-havasına görə insanların daha çox xoşuna gəlir. Amma bir məsələ var ki, bir də görürsən ki, göy üzünü bulud aldı və yağış yağdı. Bu yağış da yağanda insanlara ləzzət edir, çünki yağış həm havaya sərinlik gətirir, həm də tozu-torpağı küçələrdən təmizləyir. Elə ağacların budaqlarında hopan tozu-torpağı bu yağış yuyur. Və biz orda olanda belə bir gözəl  yağış yağdı. Yağışın yağmasına da  çoxları kimi mən də sevindim, amma  sabahı günü Qubada bir gün çıxdı ki, gəl görəsən. Hardasa havanın temperaturu müsbət 36 dərəcəni keçmişdi. Bax onda da camaat özlərini sərin yerə və istirahət mərkəzlərinə  çatdırır. 

Qəçreşdəki istirahət mərkəzi isə çox unikal və gözəldir. Burda çoxlu sayda insanların istirahət etdiyini gördüm. Hətta Rusiyadan gələn, İsraildən gələn turistlərlə rastlaşdım. İsraildən gələn bir vətəndaş dedi ki, mən Azərbaycana – Qubaya tez-tez gəlirəm. Özüm orda yaşasam da, atam-anam Qubanın  «Qırmızı bazar» qəsəbəsində anadan olub, orda yaşayırlar. Amma  mənim özüm Təl-Əvivdə yaşayıram, ana-atama görə ən azı ildə bir dəfə üç ay gəlib  burda istirahət edirəm. Son illər Quba daha da gözəlləşib. Heç adam gözlərinə inanmır. Bir çox küçələr yenidən asfalt örtüklə və müasir stildə təmir edilib. Ən çox da tamet daşlarından   istifadə olunub.

Ümumiyyətlə, Qubada milli-memarlıq abidələri çoxdur. Xüsusən də orda soyqırım abidəsi ilə bağlı yaradılmış muzey  bizim diqqətimizi xüsusilə cəlb elədi. Çünki ermənilər tək azərbaycanlılara qarşı soyqırımı etməyiblər, həm də Quba qırğını zamanı çoxlu sayda yəhudiləri də  amansızcasına qətlə yetiriblər.  Bu abidə-muzey  tarixi baxımdan çox dəyərlidir. Çünki Azərbaycan və yəhudi xalqlarının faciəsini  dünyaya  çatdırır. Şəhəri gəzməyə çıxmışdım, bir neçə yeni xiyabanın inşa edildiyini gördüm və sevindim. Mən həmişə Qubadan Təl-Əvivə qayıdanda Azərbaycan xalqının böyüklüyündən, qonaqpərvərliyindən və Qubanın gözəlliyindən qohum-əqrəbama danışıram. 

Qubanın ən gözəl yerlərindən biri də Heydər Əliyev adına parkdır. Ümumiyyətlə, Qubada bir-birindən yaraşıqlı, gözəl və füsunkar parklar və xiyabanlar kifayət qədərdir. Həmişə də isti yay günlərində orda çoxlu sayda insanların istirahət etdiyini görürük və biz də axşamüstü  həmin parka baş çəkdik. Orda bir neçə yaşlı nəslin nümayəndəsi ilə rastlaşdıq və onlarla səmimi söhbət etdik. Onlardan biri uzun müddət Quba məktəblərinin birində idman müəllimi işləmiş Əlikram Əliyevdir. Onu qubalılar çox yaxşı tanıyır və çox vaxt ona «müəllim» deyirlər. Təbii ki, müəllim adını el-oba arasında qazanmaq və onu yaşatmaq hər ziyalının işi deyil. Çünki  Əlikram müəllim həm də gözəl ziyalı və səmimi insandır. Onunla söhbət zamanı bir daha məlum oldu ki, «müəllim» deyilən adam yəhudilərlə uzun müddət dostluq edib və həmişə də onların etibarından, sədaqətindən və səmimiyyətindən razı qalıb.

Əlikram müəllim bizimlə söhbətində onu da qeyd etdi ki, Quba gözəl, füsunkar və ecazkar bir məkandır. Amma insanları ondan da gözəl və mehribandır. Burda mənim yanımda əyləşənlər hamısı  təqaüdçülərdir. Ümumiyyətlə, Qubada belə istirahət mərkəzləri az deyil. Biz burda söhbət edir, nərdtaxta, şahmat oynayır, günümüzü mənalı keçiririk. Vaxtınız olsa  bizim qonağımız olarsınız, özü də bunu ağızucu demirəm ha, ürəkdən deyirəm. Şükür Allaha, evimiz-eşiyimiz, ruzumuz və bərəkətimiz kifayət qədərdir. On qonağımız olsa hamısını qarşılaya  bilərik. 

Qubada çoxlu sayda iş yerləri açılıb, kəndlərdə, qəsəbələrdə  sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları və istirahət mərkəzləri  inşa edilib. Əvvəllər insanlar müalicə üçün Rusiyaya üz tuturdu, amma indi Quba şəhərində iki-üç yerdə ən müasir müalicə metodu ilə insanlara şəfa verən sanatoriyalar fəaliyyət göstərir. Yəni bütün bunlar insanların işini daha da asanlaşdırıb. Və rayonda bu gün birmənalı olaraq deyə bilərik ki,  möhtəşəm abadlıq və quruculuq işləri davam edir. Hər ay hansısa bir yeni sosial obyekt  istifadəyə verilir. Bütün bunlar isə rayonda insanların daha yaxşı və firavan yaşaması üçün əlverişli şərait yaradır. Buna görə qubalılar cənab prezident  İlham Əliyevə öz təşəkkürlərini bildirirlər. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Sentyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see528

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see351

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see269

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see265

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see264

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see252

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see242

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see226

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see222

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see220

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see218

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see214

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see213

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see204

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see204

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see203

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see200

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see195

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri