Icma.az
close
up
RU
Qubad İbadoğlu bildirdi ki, kitabda “Hoca”dan yazılıb, yenə də... FETÖ işi

Qubad İbadoğlu bildirdi ki, kitabda “Hoca”dan yazılıb, yenə də... FETÖ işi

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

FETÖ ilə əlaqəli olmaqda ittiham olunaraq barəsində cinayət işi başlanan iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəmizə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin növbəti məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Fazil Qasımovun vəkili Fuad Ağayev vəsatətlə çıxış edib.

Vəkil Fazil Qasımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, onun məhkəmə zalından həbsdən azad olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Fazil Qasımov deyib ki, onun səhhətində problemlər var və həmin problemlərlə bağlı müalicəsi Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılması mümkün deyil. O, müalicə olunması üçün özəl klinikalardan birinə köçürülməsi barədə verdiyi vəsatətin təmin olunmasını istəyib.

Məhkəmə Fazil Qasımovun bu vəsatətini də təmin etməyib. Hakim qeyd edib ki, Fazil Qasımovun səhhətində olan problemlərlə bağlı məhkəməyə heç bir sübut təqdim olunmayıb.

Daha sonra təqsirləndirilən Anar Əliyev ifadə verib. O bildirib ki, Qubad İbadoğlunu illər öncə, İqtisad Universitetində müəllim işlədiyi dövrdən tanıyıb. Onun sözlərinə görə, Fazil Qasımovu əvvəllər tanımayıb, onunla görüşməyib: “Mən Fazil Qasımovu məhkəmədə görüb, onu tanımışam. Əvvəllər Fazil Qasımovla əlaqəm olmayıb. Amma Fazil adlı şəxslə telefon vasitəsi ilə danışmışam. Həmin şəxsin bu Fazil Qasımov olub-olmadığını bilməmişəm”.

Anar Əliyev ifadəsində Qubad İbadoğlundan 11 min dollar aldığını, amma saxta pul işi ilə məşğul olmadığını deyib: “Mən saxta pul nədir heç bilmirəm. Çünki mən bu işlə məşğul olmamışam. Buna görə də saxta pulları yaymaqla bağlı olan hissədə özümü təqsirli bilmirəm”.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran Anar Əliyev bildirib ki, Qubad İbadoğlunu İqtisad Universitetində işləyən dövrdə tanıyıb: “Həmin dövrdə bir məsələ var idi. Həmin məsələni həll etmək üçün Qubad İbadoğlu ilə görüşdüm. Sonradan bizim münasibətlərimiz davam etdi. Biz tez-tez görüşürdük, söhbətləşirdik”.

Dövlət ittihamçısının “Siz ali təhsilli olıubsuz” sualına təqsirləndirilən şəxs “xeyr” cavabını verib. O zaman təhsili olmayan birinin elmi işlə məşğul olan Qubad İbadoğlu ilə nə əlaqəsi olması ilə bağlı suala cavab verib ki, bir işin həll olunması üçün onunla görüşüb. Amma həmin işin detallarını Anar Əliyev məhkəmədə açıqlamayıb.

İllər sonra yenidən Qubad İbadoğlu ilə qarşılaşdığını deyən Anar Əliyev ona Azərbaycana qayıtdığını, işləmək üçün iş axtardığını deyib: “Mən Qubad İbadoğluna işsiz olduğumu dedim. O da mənə yaxın zamanlarda şirkət açacağını, məni də həmin şirkətə işə düzəldəcəyini söylədi. Sonra Qubad İbadoğlu mənə tapşırıqlar verdi. Bildirdi ki, keçmiş “Çağ öğrətim”, indiki “Araz” kurslarınında təhsil almış şəxsləri, həmçinin Qafqaz Universitetinin diplomu olan şəxsləri toplamağımı istədi. O, həmin şəxsləri açacağı şirkətə cəlb edəcəyini desə də, nəticəsi barədə mənə heç bir məlumat vermədi. Mən də bu işi görmək üçün iki tanışımı cəlb etdim. Qubad İbadoğlu deyirdi ki, sentyabr-oktyabr aylarında işlər olacaq. Amma bununla bağlı tam, hərtərəfli açıqlaması olmayıb. Qafqaz Universitetinin diplomu olan şəxs üçün mənə 200 dollar verəcəyini bildirdi. Amma mənə aylıq əməkhaqqı verməyib. Mən özümə bu işi görmək üçün tutduğum iki şəxsin hər birinə ayda 500 dollar vermişəm. Onlar da mənə köməklik edəcəkdi. Amma axtarsaq da, heç kimi tapa bilməmişik. Qubad İbadoğlunun mənə verdiyi 11 min dolların 3 min dollarını xərcləmişəm. Həmin puldan diplomlu şəxslərin axtarılmasına köməklik edən şəxslərə əməkhaqqı vermişəm, özümə də xərcləmişəm. 7000 dolları evdə gizlətmişdim”.

Anar Əliyev üzərində və evində aşkar olunan saxta pulla bağlı məsələyə belə aydınlıq gətirib: “Qubad İbadoğlu mənə Türk dilində üzü qırmızı kitab verdi. Dedi ki, bu kitabı oxu, yaxşı kitabdır. Amma mənim kitaba marağım olmadığı üçün oxumadım. Ona görə də orada yazılanların nədən ibarət olduğunu bilməmişəm. Amma Qubad İbadoğlu bildirdi ki, kitab "Hoca"nın kitabdır, orada da “Hoca”dan yazılıb, yenə də mənim diqqətimi çəkmədi. Amma kitabın içində 1000 dollar olub. Həmin pulun 400 dollarını götürərək cibimə qoydum, 600 dollar kitabın arasında qaldı. Həmin pulun saxta olduğunu bilməmişəm. Amma evimdə tapılan tapança mənə məxsus olub, onu küçədən tapmışam”.

Növbəti proses gələn ilin yanvarın 9-da davam edəcək.

Qeyd edək ki, Fazil Qasımov 2024-cü ilin fevralın 20-də həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövründə sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri