Icma.az
close
up
RU
Qubad İbadoğlu dedi ki, ona həmin məzunlar lazımdır Məhkəmə

Qubad İbadoğlu dedi ki, ona həmin məzunlar lazımdır Məhkəmə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə araşdırması davam edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Anar Əliyev sərbəst ifadə verib.

O, saxta pul və silahla tutulub. İstintaq vaxtı saxta pulları ona Qubad İbadoğlunun verdiyini deyib.

Təqsirləndirilən şəxs əvvəl dediklərini hakim qarşısında da boynuna alıb. O, ifadəsinə Qubad İbadoğlu ilə tanış olmasından başlayıb. Deyib ki, İbadoğlu ilə ilk dəfə iş məsələsi ilə bağlı ona kömək etməsi üçün danışıb: “Həmin vaxt Qubad İbadoğlu İqtisad Universitetində işləyirdi. Mənə bir iş düzüb-qoşması üçün onun yanına getmişdim. Dedi ki, bir iş quracaq, ona “Araz” kurslarını və Qafqaz Universitetini bitirən məzunlar lazımdır. Razılaşmamıza əsasən, tapacağım hər məzuna görə mənə 200 dollar verəcəkdi. Sonrakı görüşdə mənə 11 min dollar verdi ki, həm problemlərini həll elə, həm tapşırılan işi gör. Həmin puldan 3 min manat şəxsi xərclərimə sərf etdim, 1000 manat da onun tapşırdığı diplomlu şəxsləri tapmaq üçün mənə kömək edən iki nəfərə verdim. Tapşırdı ki, gələcəkdə nə isə bir məsələ olsa, Türkiyədə Fazil adlı bir nəfər var, onunla danışarsan. Amma o Fazil tam buna bənzəmirdi, bir az kök idi. Qaldı ki, aldığım pula, içində saxta əsginaslar olduğunu sonradan öyrəndim. Elə sonra da həbs edildim”.

Qubad İbadoğlu

Təqsirləndirilən şəxsin dediyinə görə, Qubad İbadoğlu pulla birgə ona oxuması üçün qırmızı rəngli kitab da veribmiş: “Demişdi, bu yaxşı kitabdır, oxuyarsan. Marağım olmadığı üçün oxumadım. Sonra dedi “Hoca”nın kitabıdır, “Hoca”dan yazılıb, amma yenə diqqətimi çəkmədi. Həmin kitabın içinə pul da qoymuşdu. Amma saxta olduğunu bilməmişəm. Buna görə müəyyən qədər götürüb xərcləmişdim”.

Anar pulların saxta olmasından xəbərsiz olduğunu deyir. Bu səbəbdən həmin maddə ilə özünü təqsirli bilmir. Amma silah gəzdirmə ittihamı üzrə günahını boynuna alır.

Növbəti iclas yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri