Qubada avtomobil 2 piyadanı vurub
Quba şəhərinin Vaqif küçəsində piyadaları avtomobil vurub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili 61 yaşlı Aybəniz Qafarova və 63 yaşlı Ceyran Eynullayevanı vurub. Xəsarət alan piyadalar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
![see](https://icma.az/template/assets/see.png)