Qubada evdə partlayış: Xəsarət alan var KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, kənd sakini, 68 yaşlı Laçın Ələsgərov evdə olarkən gecə saat 2 radələrində partlayış baş verib.
Zərərçəkənin oğlunun sözlərinə görə, partlayışa səbəb qaz sızması olub:
“Biz yatarkən partlayış səsi gəldi. Durduq, baxdıq ki, atam od tutub, yanır”.
Xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan paytaxta – Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.
Xəstəxanadan bildirilib ki, yaralıya bədən səthinin 95-98%-i II-III dərəcəli termiki yanıq və yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub.
Hazırda xəstə çox ağır vəziyyətdə Reanimasiya şöbəsində müalicəsini davam etdirir.
Baxış sayı:88
Bu xəbər 10 Dekabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















