Icma.az
close
up
RU
Qubada güclü yağış fəsadlar törədib FOTO

Qubada güclü yağış fəsadlar törədib FOTO

Ötən gecə müşahidə olunan güclü yağış Quba rayonunda fəsadlar törədib.

APA-nın Şimal bürosu xəbər verir ki, rayonun Alekseyevka kəndində 4 fərdi yaşayış evinin həyətinə və zirzəmisinə yağış suları dolub, nəticədə sakinlərə ziyan dəyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Suyun həyətlərdən, zirzəmilərdən çəkilməsinə başlanılıb.

Anoloji hal rayonun ucqar yaşayış məntəqəsi olan Çiçi kəndində də yaşanıb. Kənddə bir neçə evin həyətinə və təsərrüfatlara yağış suları dolub.

seeBaxış sayı:57
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri