Qubada taekvondo ustad dərsi FOTO İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Noyabrın 30-da “İdman paytaxtı” Qubada taekvondo üzrə idmançılar üçün ustad dərsi keçirilib.
İdman.biz xəbər verir ki, məşğələlərdə 30 taekvondoçu iştirak edib.
Azərbaycan Taekvondo Federasiyasının Məşqçi-müəllimlər Komitəsinin sədri Ələkbər İmaməliyev ustad dərsini açıq elan edərək bu cür məşğələlərin idmançıların inkişafı baxımından səmərəli olduğunu bildirib. ATF-in baş hakimi Gündüz Abdullayev “Taekvondoda hakimlik qaydaları və etik normalar”, ATF-in həkimi Ruslan Şərifov “Antidopinq qaydaları barədə məşqçi-müəllimlərin və idmançıların maarifləndirilməsi” mövzusunda iştirakçılara məlumat verib.
Ustad dərsində təlimçilər - Paris-2024 Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov, gənclərdən ibarət milli komandanın məşqçiləri Avropa və dünya çempionu, Fəridə Əzizova, I Avropa Oyunlarının qalibi Ayxan Tağızadə, eləcə də gənclər arasında Avropa çempionu Səyyad Dadaşov idmançılarla öz bilik və bacarıqlarını paylaşaraq, təcrübələrini bölüşüblər.
Ümumilikdə seminar “Taekvondonun fəlsəfəsi, texniki-taktiki baza”, “Yarış və döyüş texnikaları”, mövzularını əhatə edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 30 Noyabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















