Qubada torpaq sürüşməsi: Rustov Xanəgah yolunda hərəkət çətinləşdi
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Quba rayonunda bir neçə kəndi birləşdirən Rustov-Xanəgah avtomobil yolunun bəzi hissələrində torpaq sürüşməsi qeydə alınıb.
"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, sürüşmə əsasən avtomobil yolunun 7-ci və 10-cu kilometrlik hissələrində, Çağacıq çayına yaxın ərazilərdə müşahidə olunur.
Çayda yaranan sel yolun kənarlarını yuyub, bəzi hissələrdə isə hərəkət hissəsində çökmə və uçqunlar yaranıb. Marqarita pizza
Yolda yaranan problem Xanəgah kəndi ilə yanaşı, Zıxır, Girdəh və Dalıqaya kəndlərinin sakinlərinin də gediş-gəlişində çətinlik yaradır. Sürücülərin sözlərinə görə, xüsusilə gecə saatlarında yolun sürüşmə baş verən hissələrindən istifadə zamanı təhlükə yaranır.
Rustov kənd bələdiyyəsinin sədri Behbud Rəhimov bildirib ki, çökmə baş verdikdən sonra Quba Rayon İcra Hakimiyyətinə məlumat verilib. Rayon rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gələrək vəziyyətlə tanış olublar.
Bildirilib ki, hazırda istifadədə olan yolun çökmə baş verən hissənin bərpasına yaxın vaxtlarda başlanılması və yolun tam təmir edilməsi nəzərdə tutulur.
Təhlükəsizliyin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürüşmə baş verən ərazilərin kənarlarına xəbərdarlıq lentləri çəkilib və yol nişanları quraşdırılıb.
Sürücülərə həmin yoldan istifadə edərkən diqqətli və ehtiyatlı olmaları tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Sentyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















