Qubada vətəndaşların müraciətləri dinləniləcək
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, qəbul saat 11:00-da Quba rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 02 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















