Qubada yağıntının miqdarı yüksək olub, Şahdağa arabir qar yağıb
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Xidmətdən SİA-ya bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Qubada (Qrız) 16, Qusarda (Laza) 13, Şahdağda 10, Xınalıqda 6, Bakıda və Abşeron yarımadasında 5, Lerik, Şahbuz, Altıağac, Neftçala, Zərdab, Xaltan, Beyləqan, Kürdəmir, Şirvan, Yevlax, Göyçay, Şabran, Qobustan, Xaçmaz, Şəki, Sarıbaş (Qax), Yardımlı, Daşkəsən, Cəbrayıl və Naxçıvanda 1-4 mm-dir.
Şahdağda arabir qar yağıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 19, Naxçıvan MR-da 17, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.
Baxış sayı:61
Bu xəbər 08 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















