Qubada zibillər aylarla yığılır Sakinlər öz hesabına təmizləyir
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Quba rayonunun Aşağı Atuc kəndində məişət tullantıları ciddi antisanitar vəziyyət yaradıb. Kəndin bir neçə hissəsində zibillər uzun müddət toplanaraq qalmaqdadır.
Milli.Az xəbər verir ki, sakinlər aidiyyəti qurumlardan ərazilərin dərhal təmizlənməsini istəyirlər.
Onların sözlərinə görə, əraziyə baxan yoxdur:
"İki dəfə öz hesabımıza buranı təmizləmişik, amma heç kim gəlməyib, baxmayıb. Evimizin yanı zibilxanaya çevrilib. Mal dərisi, qoyun ölüsü, heyvan cəmdəkləri gətirib atırlar, itlər də buraya toplaşır. Kənddə təxminən 1000 ev var, bir tədbir görsünlər ki, bu natəmizlikdən qurtulaq".
Qeyd olunub ki, artıq kənd bələdiyyəsinin əməkdaşları və texnika əraziyə gələrək təmizləmə işlərinə başlayıblar.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 04 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















