Icma.az
close
up
RU
Qubadlı RİH bayram tədbiri keçirdi FOTOLAR

Qubadlı RİH bayram tədbiri keçirdi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 17 mart 2026-ci il tarixdə, Sumqayıt şəhər 28 May Mədəniyyət evinin qarşısında xalqımızın milli-mənəvi dəyərlərini təcəssüm etdirən Novruz Bayramı münasibəti ilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə-müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, ağsaqqallar, ziyalılar, Vətən müharibəsi iştirakçıları, qazilər, fəal gənclər, məktəblilər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri Novruz bayramı münasibətilə xalqımızı, eləcə də rayon caamatını təbrik etdi, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. 

Qeyd olunub ki, xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. 

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın zamana və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. 

Bayram şənliyində bildirildiki, Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bugünlərə gətirdiyi kimi, bu gündə bizi birləşdirir, daha da həmrəyedir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bizlərə qaytarıldığını diqqətə çatdıran rayon rəhbəri bu gün ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin yüksək səviyyədə qorunduğunu bir daha vurğulayıb. 

28 May Mədəniyyət evinin qarşısında möhtəşəm Novruz tonqalı alovlandırılıb. 

Tədbir açıq havada geniş konsert proqramı ilə davam etdirildi. Həmçinin Bayram şənliyi Novruz atributları olan Bahar qız, Kosa və Keçəlin iştirakı ilə şən musiqi nömrələri, rəqslər ifa olundu.

Novruz Bayramına həsr olunmuş konsert proqramında respublikanın tanınmış müğənniləri və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən mahnılar ifa olundu, müxtəlif rəqs nömrələri nümayiş etdirildi, şeirlər səsləndirildi. 

Eyni zamanda tədbirdə rayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olunub. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri