Icma.az
close
up
RU
Qubadlıda böyük vüsət alan bərpa və yenidənqurma işləri

Qubadlıda böyük vüsət alan bərpa və yenidənqurma işləri

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 25-i Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının işğaldan azad edilməsi müharibə dövründə mühüm nailiyyətə və ərazi bütövlüyünün bərpa olunmasının simvollarından birinə çevrildi. Bu gün digər işğaldan azad edilmiş bölgələrdə olduğu kimi, Qubadlı rayonunun da inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılır.

Cənab Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı həyata keçirilən bir çox önəmli təməlqoyma və açılış tədbirləri rayonun bərpa və yenidənqurma işlərinin böyük vüsət aldığından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il oktyabrın 25-də Qubadlıya səfəri də bir sıra mühüm strateji əhəmiyyətli layihələrin təməlqoyma və açılış mərasimləri ilə yadda qaldı. Səfər zamanı ölkə başçısı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlini qoymuşdur.

Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olmaqla işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin gün sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasını işə saldı. Bununla Qubadlıda Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılmış oldu.

İşğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər də davam etdirilir. Ölkə başçısı Qubadlıya səfəri zamanı Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmişdir.

Hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.

Qubadlının azad edilməsi kimi tarixi bir günü birlikdə qeyd etmək üçün dəvət edilmiş rayon ictimaiyyəti ilə görüşən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qubadlıları təbrik edərək qeyd etdi ki, “Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür”.

Akif ƏLİYEV

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri