Icma.az
close
up
RU
Qubadlının Zilanlı kəndində 193 ev tikilir FOTOLAR

Qubadlının Zilanlı kəndində 193 ev tikilir FOTOLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Qubadlı rayonunun Zilanlı kəndində tikinti işləri davam etdirilir. Rayon mərkəzindən 21 kilometr məsafədə yerləşən kəndin ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə 926 sakinin məskunlaşması üçün 43 hektar ərazidə 193 evin tikintisi aparılır.

Modern.az xəbər verir ki, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov AZƏRTAC-a bildirib ki, Zilanlı kəndində fərdi yaşayış evlərinin 154-nün qaba işləri, 164 evin isə dam işləri yekunlaşıb. Ümumi evlərin 30 faizinin fasad izolyasiya işləri və suvaq işləri icra edilib. Artıq bir neçə evdə daxili mühəndis-kommunikasiya xətlərinin çəkilməsi də yekunlaşıb. Hazırda evlərin üzərində Günəş panelləri quraşdırılır.

Onun sözlərinə görə, kəndlər layihələndirilərkən zəruri kommunikasiya xətləri ilə bərabər, ərazinin relyefi də nəzərə alınır və orada yağış, eləcə də sel sularının idarə olunması üçün tədbirlər görülür. Kəndlərdə evlərin kürsüsü minimum 45 santımetr olmaqla tikilir və relyefə görə bu ölçü dəyişə bilir.

Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva isə bildirib ki, hər bir evin həyətyanı sahəsi 12 sot təşkil edir. Hər bir evin həyətində yardımçı tikili mövcuddur.

Zilanlı kəndində evlər sakinlərin ailə tərkibinə uyğun olaraq ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı inşa edilib. Sakinlərin burada rahat yaşaması üçün bütün zəruri məqamlar nəzərə alınıb. Kəndin birinci mərhələsi üzrə nəzərdə tutulan bütün inşaat işləri yekunlaşdırıldıqdan sonra tikilən evlərə əhalinin ilk köçü də planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri