“Quba”nın baş məşqçisi: “Ordu” komandasına qarşı oyunumuz alınmadı”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Quba” basketbol klubunun “Ordu”ya qarşı oyunu istənilən kimi alınmayıb”.
İdman.Biz xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının II turunda
“Ordu” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis son qarşılaşmanı şərh edib: “İlk qələbədən sonra bu gün də qalibiyyət istəyirdik. Təəssüf ki, uduzduq. Demək olar ki, oyunumuz alınmadı. Məşqlərimizi tam edə bilmədik. Çünki oyunçularımızın bəziləri xəstə idi. Zaur Paşayev III MDB oyunlarında idi. Məşqlərimizdə bir qədər axsama oldu. Oyunumuz tamamilə alınmadı. Eyni zamanda da “Ordu”nu təbrik edirəm. Çox möhtəşəm iş gördülər. Həm atışlarda, həm də müdafiədə çox yaxşı çıxış etdilər. Toparlanıb növbəti matçda qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində keçirilən “Quba” – “Ordu” görüşü qonaqların 96:68 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















