Qubanın baş məşqçisi: Rəqib komanda yüksək səviyyəli basketbol oynadı
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəqib komanda yüksək səviyyəli basketbol oynadı.
"Report" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.
Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Sumqayıt"ı təbrik edirəm, heyətlərini gücləndiriblər. Bizim də gücümüz buna çatdı. Çünki əsas heyətlə bağlı problemlərimiz var idi. Zaur Paşayevin hərarəti yüksək idi, Andrey Kondratyev zədəli idi. Rotasiyanın geniş olmaması öz sözünü dedi. Hesab oyuna görə deyildi. Rəqibin uğurlu atışları çox oldu. Bunu gözləmirdik. Gələcək matçlarda uğurlu olmağa çalışacağıq".

Qubanın baş məşqçisi: Gəncə deyildiyi kimi güclü komanda deyil
11 Yanvar 2025 13:10
Qubanın baş məşqçisi: “Səhvlərimizi analiz etmişik”
15 Yanvar 2025 15:22
Qubanın baş məşqçisi: Mövsümün əsas hissəsi qarşıdadır
18 Dekabr 2024 20:00
Dəyişiklik etmək üçün oyunçularımız yoxdur Qubanın baş məşqçisi
18 Dekabr 2024 18:48
Qubanın baş məşqçisi: Bu gün oyuna qələbə üçün çıxacağıq
11 Yanvar 2025 12:12

