QubaXınalıq yolunda selin uçurduğu körpünün yerində yenisi tikilir FOTOLAR
Unikal-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir QubaXınalıq yolunda selin uçurduğu körpünün yerində yenisi tikilir FOTOLAR.
Quba-Xınalıq yolunda sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisi inşa olunur.
"Unikal" xəbər verir ki, yolun 42-ci kilometrliyində yerləşən körpü cari ilin iyul ayında sıradan çıxıb. Körpünün uçması nəticəsində altı kəndin rayon mərkəzinə gediş-gəlişində çətinlik yaranıb. Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız kəndlərinin sakinləri hazırda alternativ olaraq Quba-Susay-Xınalıq yolundan istifadə edirlər.
Yeni körpünün uzunluğu 12, eni isə 6 metr olacaq. İlkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır. İnşaat işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
![](https://unikal.az/photos/unikal/1730789650_111.png)
![](https://unikal.az/photos/unikal/1730789651_aa.png)
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)