Qucaqlaşmağın insan orqanizminə olan faydası açıqlandı ARAŞDIRMA
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Fiziki təmasın stressə və sağlamlığa təsiri ilə bağlı tədqiqatlar göstərir ki, partnyorla yaxınlıq bədənə müəyyən müsbət psixoloji və fizioloji təsirlər göstərə bilər.
AZXEBER.COM psixologiya sahəsində aparılan araşdırmalara istinadən xəbər verir ki, qucaqlaşmaq, öpmək və yaxın təmas kimi davranışlar "bağlama hormonu" kimi tanınan oksitosin səviyyəsini artırır.
Bu da öz növbəsində stress hormonu olan kortizolun azalması ilə əlaqələndirilir.
Neyrologiya tədqiqatları həmçinin təhlükəsizlik hisslərinin artmasının stress reaksiyasını azaltdığını və bunun da dolayı yolla immun sisteminə müsbət təsir göstərdiyini təsdiq edib.
Bəzi tədqiqatlar göstərir ki, sevilən insanla fiziki təmas ağrı hissini azalda və rahatladıcı təsir göstərə bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu təsirlər öz-özlüyündə "müalicə" hesab edilməməlidir, lakin sağlam münasibətlər və emosional bağlar ümumi rifaha töhfə verə bilər.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 İyun 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















