Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini Azərbaycan jurnalistlərinin IX qurultayı münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan jurnalistlərinin IX qurultayının nümayəndələrinə!
Hörmətli mətbuat nümayəndələri!
Siz, ölkəmizi təmsil edən media mənsubları olaraq, tarixi proseslərin içərisində olmuş, xalqımızın çətin və şərəfli mübarizə yolunda önəmli missiya yerinə yetirmiş və daim dövlət maraqlarından çıxış etmisiniz.
Əlbəttə, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, tarixi zəfər qazanıb və yeni hədəflər müəyyən edib.
Amma, hələ də yekun sülh sazişi əldə olunmayıb, Azərbaycana qarşı bütün istiqamətlərdə təhdidlər, o cümlədən ideoloji hücumlar mövcuddur və informasiya savaşı davam edir.
Bu təhdidlərin qarşısının alınmasında Azərbaycan mətbuatının üzərində böyük məsuliyyət yükü var.
İndiyə qədər olan dövr ərzində Azərbaycan mətbuatı üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib, xalqımızın və dövlətimizin ağır sınaqlardan ləyaqətlə çıxmasında rol oynayıb.
Jurnalistlərimizin vətənpərvərliyi, intellekt səviyyəsi və siyasi yetkinliyi imkan verir ki, bundan sonrakı dönəmdə də öz missiyasını ləyaqətlə davam etdirsin.
Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan jurnalistlərinin IX qurultayı münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram!".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















