Icma.az
close
up
RU
Qüdrət Şükürov döydürdüyü kürəkənini həbs etdirə bilmədi özü həbsə gedir

Qüdrət Şükürov döydürdüyü kürəkənini həbs etdirə bilmədi özü həbsə gedir

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Adı ABŞ-da korrupsiya qalmaqalına qarışan «Liftəmir» İstehsalat Birliyinin sabiq rəhbəri Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli ilə bağlı planları alt-üst olub. Belə ki, Elşən Əsgərli Qüdrət Şükürovun qızı Aysel Şükürovanı boşadıqdan sonra davamlı təqiblərə məruz qalıb.

Boşanma 2016-cı ildə qeydə alınandan sonra Elşən Əsgərliyə qarşı 3 dəfə cinayət törədilib. İlk belə olay Əsgərlinin öz övladı ilə görüşməsi üçün məhkəməyə üz tutmasından sonraya təsadüf etmişdi. Həmin vaxt vəzifədə olan Qüdrət Şükürov Əsgərliləri hədələyib, Elşən Əsgərlinin uzunmüddətli həbsə göndərəcəyinə and içdiyini deməkdən çəkinməyib.

Bu hədələmənin ardından, 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərliyə qarşı planlı hücum olub. Qüdrət Şükürovun hazırkı kürəkəni Oqtay Əhmədov bir qrup şəxslə Elşən Əsgərliyə hücum ediblər. Elşən Əsgərli döyülüb, maşını sındırılıb.

İttiham aktında yazılanlara görə, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oqtay Əhmədova qarşı xuliqanlıq edib. 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oqtay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.

Elşən Əsgərlinin atası Rafael Əsgərov “Yeni Müsavat”a açıqlamasında demişdi ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib. Rafael Əsgərovun sözlərindən bəlli olmuşdu ki, oğluna qarşı 3 dəfə cinayət törədilib.

Rafael Əsgərovun dediklərindən sitat: “Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik" stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar.

Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib. Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam".

Bu hadisələrin Qüdrət Şükürovun Əsgərovlar ailəsini övladlarını uzunmüddətli həbslə hədələməsini ardından baş verməsi bütün diqqəti onun üzərində cəmləyib. Həmin ərəfələrdə Elşən Əsgərli “baş liftçi”nin qızından ayrılmasının səbəbi ilə bağlı olduqca sensasion açıqlama vermişdi. O, eks qayınatasını liftləri oğurlamaqda da ittiham etmişdi.

Onun açıqlamasından sitat: “Biz universitetdə oxuyurduq. Orada bir-birimizi sevib ailə qurmuşuq. Həmin vaxt mənim 19 yaşım vardı. Evləndikdən 5 il sonra mən hərbi xidmətə yollandım. Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb. Bu səbəbdən Aysellə 2016-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Aysel mənə qarşı təxribata başladı. O, mənim anamın, bacımın şəkillərini sosial şəbəkədə paylaşaraq altından təhqiredici ifadələr yazıb. Bundan əlavə, bizim evin və anamın mobil telefonlarının nömrəsini sosial şəbəkədə paylaşıb. Yazıb ki, guya mənim anam 20 manata əxlaqsızlıq edir. Bu başlıq altında mənim şəkillərimi paylaşır.

Hamı görür o, nələr edir. İndi də mənə böhtanlar atır. Mənim ailəm həmişə imkanlı olub. Onun həyat yoldaşı ”Porche" sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb. Mənim sürdüyüm maşın isə öz alın tərimlə qazanılıb. Özünə bir “alfons” tapıb. Onların yaşadığı dəbdəbəli həyat Ayselin atasının hesabınadır. Qüdrət müəllim 510 manat maaş alır, mənim atam isə heç bir dövlət işində işləmir, biznesmendir. Qoy cavab versin ki, 510 manatla o dəbdəbəli həyatı necə yaşamaq olar? Bakı Lift Təmir İstehsalat Birliyində baş direktordur. Atasının qrup dəstəsi var, liftləri oğurlatdırır. Məqsədi büdcədən pul qoparmaqdır ki, yenisini alsın. Özünə quldur dəstə yaradıb" - deyə Elşən Əsgərli bildirmişdi.

Elşən Əsgərlinin döyülməsindən sonra qalmaqallı istintaq işi bu ilin aprelində yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim İslam Qurbanovun sədrliyi ilə baxılıb və bu günlərdə yekunlaşıb. Elşən Əsgərlinin işi üzrə məhkəmə işi başlanarkən vəzifədə olan Qüdrət Şükürov proses sona çatarkən artıq özü istintaqa cəlb olunan şəxs statusuna gəlib. Odur ki, Qüdrət Şükürovun eks kürəkənini uzunmüddətli həbsə göndərəcəyi ilə bağlı sözlərini də tuta bilməyib. Hazırda Qüdrət Şükürovun özünün həbsi gündəmdədir.

BAKU.WS
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri