Icma.az
close
up
RU
Qüds ermənilərindən sərsəm bəyanat İndi də 1700 il yalanı

Qüds ermənilərindən sərsəm bəyanat İndi də 1700 il yalanı

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Deputat: “Bu, erməni xəstəliyidir - harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər”

Erməni icması İsrailin ictimai televiziya kanalı Kan 11-də “Eurovision” şərhçisinin bəyanatından möhkəm inciyib. “Sputnik Ermənistan” xəbər verir ki, bu barədə “Save the ArQ” hərəkatı məlumat yayıb. Belə ki, “Eurovision”un erməni iştirakçısı Parqın çıxışından sonra müsabiqənin israilli şərhçisi, “Mən inana bilmirəm ki, biz bunlara Qüdsdə bütöv bir məhəlləni vermişik” deyib. Yerusəlimdəki ermənilər şərhçinin bu sözlərini irqçi adlandırıblar və azərbaycanlılara da yaxşı tanış olan ifadələrlə öz etirazlarını bildiriblər.

“Müqəddəs Qüds şəhərinin erməni icmasının 1700 illik irsi belə ucuz təhqirlərə və revizionist şərhlərə dözmək fikrində deyil. SavetheArQ Qüds hərəkatı ictimai televiziya kanalında verilən biabırçı açıqlamalara qarşı öz qəzəb və kəskin qınağını bildirir”, - etirazda bildirilir.

Erməni Savethe ArQ hərəkatının bununla da ürəyi soyumayıb və bəyan edib ki, Yerusəlimdəki erməni məhəlləsi heç kimə “hədiyyə edilməyib”, bu məhəllə guya əsrlər boyu Qüdsdə həmişə mövcud olub, “ermənilər tərəfindən tikilib və qorunub saxlanılıb”.

Hər kəsə məlumdur ki, ermənilərin Qüdsdə “1700 illik icma” yaratdıqları iddiası əsassız və tarixdən tamamilə uzaqdır. Qüds şəhəri tarix boyu müxtəlif imperiyaların nəzarətində olub -  yəhudilər, romalılar, bizanslılar, müsəlman ərəblər, səlcuqlar, osmanlılar və nəhayət, müasir dövrdə İsrail dövləti. Bu şəhərdə erməni icmasının kiçik dini-ticari məkanları olmuş ola bilər, lakin bu, onlara bütöv bir məhəllənin, yaxud Qüds üzərində “mülkiyyət hüququ” verdiyi anlamına gəlmir.

Əslində bu cür uydurma iddialar, ermənilərin tarix boyu müxtəlif ölkələrin ərazilərinə yönəltdiyi torpaq iddialarının davamıdır. Ermənilər sadəcə Qüds yox, tarix boyu bir sıra ölkələrin ərazilərinə torpaq iddiaları irəli sürüblər.

Ən bariz və uzunmüddətli iddialar məhz Azərbaycana qarşıdır. Qarabağ bölgəsi əsrlər boyu Azərbaycan türklərinin yaşadığı coğrafiya olsa da, ermənilər 19-cu əsrin əvvəllərindən başlayaraq bu ərazilərə köçürülüb və sonradan buraların “qədim erməni torpaqları” olduğunu iddia ediblər. 1988-ci ildən başlayan Qarabağ münaqişəsi və 30 ilə yaxın davam edən işğal bunun nəticəsi idi.

Ermənilər Osmanlı imperiyasının Şərqi Anadolu bölgələrini - Van, Ərzurum, Bitlis, Kars və s. - öz “tarixi torpaqları” kimi qələmə verərək “Böyük Ermənistan” xəritələri çap edir və həmin bölgələri hələ də “qayıtmalı olduqları ərazilər” kimi göstərirlər.

Həmçinin Gürcüstanın Cavaxetiya bölgəsində də özlərinə qarşı guya “zülm” edildiyini iddia edir, bu bölgədə mədəni muxtariyyət və ya “erməni ərazisi” statusu tələbi ilə çıxış edirlər.

İranın Urmiya, Xoy, Mərənd və Salmas kimi bölgələrində də tarixi erməni icmaları olub. Bu gün həmin icmalar demoqrafik baxımdan azlıqda olsa da, bəzi radikal erməni dairələri bu bölgələri də “tarixi Ermənistan”ın tərkibi kimi təqdim edir.

Beləliklə, daha bir erməni həyasızlığı: 1700 il yalanı haradan çıxdı?

Ceyhun Məmmədov 

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb: “Belə bir xəstəlik var - bu, erməni xəstəliyidir. Harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər və həmin ərazilərin iki min, üç min ildir onlara məxsus olduğunu iddia edirlər. Bu, artıq onların bir xəstəliyinə çevrilib. Necə ki, gəlib Qarabağda məskunlaşıb, bura qədim erməni torpağıdır deyirdilərsə, indi də İsraillə bağlı bunu edirlər və həmin ərazilərlə bağlı eyni iddiaları irəli sürürlər. Ona görə də bu, artıq birinci dəfə deyil ki, baş verir. Tarix boyu belə hallarla rastlaşmışıq və bu gün də onların həyasız şəkildə bu torpaqların onlara məxsus olduğunu bildirdiklərini və bu istiqamətdə tez-tez qarşıdurmaların baş verdiyini görürük. Yəni hamıya məlumdur ki, Qüds müqəddəs məkandır və orada tarix boyu müsəlmanlar da yaşayıb, yəhudilər də. Uzun müddət müsəlmanlar bu ərazilərə nəzarət ediblər”.

Deputat bildirib ki, sonrakı dövrlərdə isə müxtəlif ölkələrdən ermənilər gələrək bu ərazilərdə məskunlaşıblar: “İndi isə başlayıblar deməyə ki, guya bu ərazi onlara məxsusdur, guya onlar bu ərazilərin sahibidir və burada yaşayırlar və sair. Düşünürəm ki, yəhudilər də bu məsələni nəzərə almalıdırlar. Onlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Ola bilsin, bir azdan desinlər ki, ora onların dövləti olub və orada dövlət yaratmaq istəyirlər, ərazi iddiası qaldırırlar. Xatırladım ki, bir müddət əvvəl saxta bayraq da qaldırmışdılar. Bu, növbəti bir yalandır, saxtakarlıqdır və heç bir əsası olmayan məsələlərdir ki, ermənilər tərəfindən ortaya atılır”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri