“Queen Elizabeth” təyyarədaşıyan gəmisinə ilk dəfə olaraq qadın komandir təyin edilib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 11 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin qadın zabiti Kler Tompson “Queen Elizabeth” təyyarədaşıyan gəmisinin komandiri təyin edilib.
AZƏRTAC xəbər verir ki, “UK Defence Journal” nəşrinin məlumatına görə, belə bir gəmiyə komandanlıq Birləşmiş Krallığın tarixində ilk dəfə olaraq qadına həvalə edilib.
Kler Tompson Kral Donanmasının qlobal əməliyyatlarına verdiyi mühüm töhfəyə görə Britaniya İmperiyasının ordeni ilə təltif edilib. 2005-ci ildə Hərbi Dəniz Qüvvələrinə qatılan zabit Atlantik okeanı, Karib hövzəsi, Aralıq və Baltik dənizləri də daxil olmaqla müxtəlif missiyalarda xidmət edib. “Montrose” freqatının ekipajı onun komandanlığı altında narkotik vasitələrin və qanunsuz silah qaçaqmalçılığının qarşısını almaq üçün bir sıra uğurlu əməliyyatlar həyata keçirib.
Qeyd edək ki, “Queen Elizabeth” təyyarədaşıyan gəmisi göyərtəsində şaquli eniş edə bilən 36 ədəd F-35B qırıcısı və dörd ədəd helikopter daşımaq üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 11 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















