“Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin…” Abramyan KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Bakıda davam edən məhkəmə prosesi zamanı “prezident” (keçmiş qondarma rejimin lideri – red.) Arkadi Qukasyan Ermənistanın 44 günlük müharibədə iştirakına toxunaraq, İrəvanın “artsax”ın təhlükəsizliyinin təminatçısı olması faktını əsas kimi göstərib”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan deyib.
O, müharibənin ilkin mərhələdə dayandırılması ilə bağlı gedən müzakirələrə toxunaraq qeyd edib ki, Arkadi və Bako Saakyan (keçmiş qondarma rejimin digər lideri – red.) müharibə zamanı “prezident” səlahiyyətlərini icra edən Araik Arutyunyanla görüşüblər:
“Məqsəd Ermənistan rəhbərliyini müharibəni dayandırmaq üçün hər şeyin edilməsinə çağırmaq idi. Rusiya prezidenti (Vladimir Putin – red.) də müharibənin erkən mərhələdə dayandırıla biləcəyinə və böyük itkilərin qarşısının alınacağına inanırdı”.
T.Abramyan müharibənin uzanmasına görə Nikol Paşinyan hakimiyyətinin məsuliyyət daşıdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 02 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















