Icma.az
close
up
RU
Qulaqlarımızı kar, gözlərimizi kor edən “hərşeyşünas”lar… Təbriz VƏFALI YAZIR

Qulaqlarımızı kar, gözlərimizi kor edən “hərşeyşünas”lar… Təbriz VƏFALI YAZIR

Icma.az bildirir, Mia.az portalına istinadən.

Təbriz VƏFALI 

Azərbaycan İnformasiya Mərkəzinin direktoru 

***

Əvvəllər elə bilirdim ki, mütəxəssis, ekspert deyəndə, hər hansı bir sahə üzrə hərtərəfli və mütləq anlayışı, o sahənin terminologiyasından xəbəri olan, ali təhsil almış, yerli və beynəlxalq təcrübəni mənimsəmiş, o sahənin keçmiş SSRİ dövründə, Azərbaycanın müstəqillik dönəminin ilkin mərhələsində, keçid dövründə və sonrakı illərdə keçdiyi tarixi yolu, tənəzzül və ya tərəqqi yolu barədə müqayisəli fikir söyləmək qabiliyyəti olan şəxs nəzərdə tutulur.

Və fikirləşirdim ki, Azərbaycanda ən uzağı 150-200 mütəxəssis, ekspert olar. Ancaq son illərdə oxuduqlarımdan, gördüklərimdən, eşitdiklərimdən və şahidi olduqlarımdan məlum oldu ki, illərdir fil qulağında yatmışam. Burax dünyanı, Azərbaycandan belə xəbərim yox imiş.

Xülasə, son illərdə həm yazılı mətbuatda, həm saytlarda və xəbər portallarında, həm də telekanallarda o qədər “mütəxəssis”, “ekspert” peyda olub ki, göydəki ulduzların, yağışdan sonra çıxan göbləklərin sayını deyə bilərəm, amma sözügedən “hərşeyşünas”ların sayını rəqəmlə ifadə etməkdə çox çətinlik çəkirəm.

Az qala 10,3 milyonluq əhalinin 10 milyonu “mütəxəssislik”lə, “ekspertlik”lə məşğuldur. Hazırda məmləkətdə 3-4 məqalə, araşdırma oxuyan, ali təhsili və təcrübəsi olmayan “mütəxəssis”lər, “ekspert”lər itinə tökdür. “Fulfulo” söhbətlərlə, mənasız və əhəmiyyətsiz açıqlamalarla qulaqlarımızı kar, gözlərimizi kor edən bu “hərşeyşünas”ları ictimaiyyətə təqdim edənləri hər gün 100-ü bir qəpikdən ucuz olan “kəlam”larla yad edənlərin sayı da günbəgün artır.

Yadıma düşmüşkən deyim. Bizim kənddə İbrahim baba var, 50 ilin çobanıdır, orta məktəbi 4-cü sinifədək oxuyub. Amma 1500 baş davarı, yəni qoyun-quzusu, qoçu, oğlaq-çəpişi, keçi-təkəsi, 500 baş mal-qarası, yəni 100 baş camışı, öküzü, balağı, 400 baş buğası, inəyi, düyəsi, buzovu və danası, 10 baş atı, yəni ayğırı, biyəsi və qulunu var. Ağsaqqal heyvandarlıq üzrə əməlli-başlı mütəxəssisdir, ekspertdir. 

Ali təhsili olmayan həmkəndlim Murad əminin Azərbaycanda tayı-bərabəri yoxdur. Zalım oğlu tarlalarda, həyətyanı torpaq sahələrində əkib becərdiyi tonlarla kartofu, soğanı, pomidoru, xiyarı və digər bostan məhsullarını Rusiyaya, İrana, Gürcüstana və Türkiyəyə satır. Kişi bostançılıq, kənd təsərrüfatı üzrə akademikdir.  
Kəndimizin ağsaqqalı, 80 yaşlı Seyfulla baba 60 ildir bağında və həyətində yetişdirdiyi meyvə ağaclarından və kollardan yığılmış meyvələri və giləmeyvələri az qala dünyanın dörd bir yanına satdırır. Təkcə hər il minlərlə ağac tinginin satışından 10 min manatdan çox pul qazanır. Özlərini “ekspert”, “mütəxəssis” sayanlar bağçılıq və meyvəçilik üzrə akademiklər akademiki Seyfulla babanın əllərinə su tökə bilməzlər. 

Yadımdan çıxmamışkən, kəndimizin ağbirçəyi Fatmanisə nənənin 20 uşağı var. Şəkk eləməyin, o, uşaqdoğma üzrə bir nömrəli alimdir…

Qandıqları bir qrafa olmayan “hərşeyşünas”ları gözümüzə-gözümüzə soxmağa, soxuşdurmağa çalışan, ey media əhli, sizləri bilmirəm, mən gedirəm kəndimizin mütəxəssis-ekspertlərindən müsahibə götürməyə…

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 İyun 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri