Icma.az
close
up
RU
Qulu Ağsəsin bir şeiri: Qarabağın üç halı

Qulu Ağsəsin bir şeiri: Qarabağın üç halı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru

Qulu Ağsəsin "Xankəndi və M.Zəkiyə" şeiri Qarabağ torpağına həm sevgi, həm ağrı, həm də qayıdış həsrətinin poetik etirafıdır. Şeirin ilk misralarında Xankəndi adi coğrafi məkan kimi deyil, sanki ümumi yurd - binə kimi təsvir olunur: "Tavanı - göy şüşəli, döşəməsi - meşəli". Bu bənzətmə Xankəndinin təbiətini gündəlik məişət obrazına çevirərək həm sadəlik, həm də doğmalıq yaradır.

"Ovçunun yuxusunda marala bənzəyir o" misrası isə daha çox tarix və münaqişə kontekstindən doğan məna daşıyır. Buradakı "ovçu" - düşməndir, (burada: erməni tərəf). Maral isə həm zərifliyini, həm də cazibəsini qoruyan Qarabağın özüdür. Əsrlər boyu bu torpaq düşmənin nəzərində belə cəlbedici olub, ovçunun yuxusuna girəcək qədər dəyərli görünüb. Bu bənzətmə əslində Qarabağın, o cümlədən Xankəndinin gözəlliyinin necə arzuolunan, necə həsəd doğuran bir nemət olduğunu xatırladır.

"Dağların yaxasında medala bənzəyir o" misrası isə artıq başqa bir məqamı - Zəfəri tamamlayan son nöqtəni işarə edir. Medal burada təkcə bənzətmə deyil, həm də Xankəndinin azad edilməsi ilə Qarabağ Zəfərinin tamlığı, bütövlüyü simvolizə olunur. Yəni Xankəndi dağların qoynunda parlayan, qələbəni təsdiqləyən son medaldır.

Şeirin ortasında Qulu Ağsəs torpağın insan yetişdirmə gücünə toxunur: "Burda doğulmur adam, əkilir şitil kimi". Bu misra həm poetik, həm də fəlsəfi anlam daşıyır, belə ki, bu torpaq insanı yalnız doğmur, həm də yetişdirir, formalaşdırır. Şair özünü bu torpağın yazdığı sətrə, bir misraya bənzədir və "şütüyən sətir kimi" yurd-yurd dolaşsa da, sonunda yenə öz "Xanım"ına, yəni Xankəndinə dönür.

Buradakı "Xanım" müraciəti əslində çoxqatlı simvolik məna daşıyır. Bu söz həm Xankəndinin adındakı "Xan"a işarədir, həm də Qarabağ musiqisinin səsini - Xan Şuşinskinin irsini çağırır. Beləliklə, şair təkcə torpağa yox, bu torpağın səsinə, musiqisinə, xatirəsinə də dönür.

Şeirin ən yüklü misralarından biri isə "Yaşamaq vaxtı öldük, ölmək vaxtı yaşayaq!" misrasıdır. Burada müəllif şəxsi həyatının illərini Qarabağın taleyi ilə eyniləşdirir: onun gənclik illəri Qarabağdan qaçqın düşdüyü dövrlərə, qocalıq çağı isə geri dönüşün mümkün olduğu zamana təsadüf edir. Yəni yaşamalı olduğu çağlarda - ömrün baharında itirmiş, ağrı çəkmiş, ömrün payızında isə yenidən o torpağa qovuşmaq nəsib olub. Bu misra həm tale acısını, həm də gec də olsa qayıdış sevincini özündə cəmləyir.

Bütün bu məna qatları şeiri sırf nostalji mətn etmədən, həm tarixi, həm mənəvi, həm də bədii çalarlarla doluolan çoxqatlı bir poetik etirafa çevirir. Qulu Ağsəs bu şeirdə Xankəndini həm maral kimi həzin, həm medal kimi dəyərli, həm də ev kimi doğma göstərərək Qarabağın üç halını bir yerdə təqdim edir: şeirdə itirilən gözəllik, ulduz kimi parlayan Zəfər və gec də olsa qayıdışın sevinci var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri