Icma.az
close
up
RU
QUR Rusiya günü ndə Sibirin ən böyük provayderlərindən birini çökdürdü

QUR Rusiya günü ndə Sibirin ən böyük provayderlərindən birini çökdürdü

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) kiberspesialistləri kiberaktivistlərin dəstəyi ilə uğurlu əməliyyat həyata keçirərək Sibirin ən iri internet-provayderlərindən biri olan "Orion Telekom”un fəaliyyətini iflic ediblər.

Qaynarinfo xəbər verir ki, UNİAN-a danışan xüsusi xidmət orqanlarındakı mənbənin sözlərinə görə, bu provayderin şəbəkələrindən Rusiya güc strukturları Ukraynaya qarşı təcavüz əməliyyatları üçün fəal istifadə edir. "Orion Telekom”un yeganə provayder olduğu və uran hasilatı ilə məşğul olan qapalı bir şəhər rabitəsiz qalıb.

Mənbənin bildirdiyinə görə, elə səhər saatlarından etibarən Krasnoyarsk, İrkutsk, Bratsk və Abakan şəhərlərinin yerli sosial şəbəkə səhifələrində internet və televiziya xidmətlərinin kəsilməsi ilə bağlı narazılıqlar yayılıb. Yerli teleqram qruplarında internet-provayderə guya ukraynalı hakerlər tərəfindən göndərilmiş məktub dolaşır.

"Bayramınız mübarək, hörmətsiz ruslar, tezliklə daş dövründə yaşayacaqsınız və biz sizə kömək edəcəyik. Ukraynaya eşq olsun!” – deyə "BO Team” haker qrupunun adından imzalanmış məktubda qeyd olunub.

Şirkət də texniki nasazlıqların DDoS hücumu ilə əlaqəli olduğunu təsdiqləyib. İnternetin günün sonunadək bərpa olunacağı vəd edilib.

Kəşfiyyat mənbələrindən əldə olunan məlumata əsasən, kibertəhlükəsizlik əməliyyatı nəticəsində 370 server və təxminən 500 şəbəkə kommutatoru sıradan çıxarılıb, həmçinin ehtiyat nüsxələr (backup) silinib. Bu isə provayderin işini tez bir zamanda bərpa etməsinə imkan verməyəcək.

Eyni zamanda "Rusiya Dəmir Yolları” da kibermüdaxilədən şikayətlənib.

"Vebsaytımız və mobil tətbiqimiz DDoS hücumuna məruz qalıb. Gün ərzində fasilələr ola bilər. Mütəxəssislərimiz saytı və tətbiqi bərpa etmək üçün çalışırlar”, deyə bu dövlət şirkətinin Teleqram kanalında qeyd olunub.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri