Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq

Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il Qurban bayramı ərəfəsində qoyun və quzu ətinin qiyməti başqa günlərə nəzərən daha da artır. Lakin bayramdan sonra yenə də əvvəlki qiymətə satılır. Bəs görəsən, bu il də qiymətlərdə artım gözlənilirmi? Ümumiyyətlə, qiyməti kim və necə tənzimləyir? Nəyə görə məhz bayramqabağı artım müşahidə olunur?

İqtisadçı Asif İbrahimov Lent.az-a açıqlamasında bildirib ki, qiymətin qalxmasının əsas səbəbi ətə olan təlabatın birdən-birə artmasıdır:

“Qurban bayramı yaxınlaşdıqca ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri qurbanlıq heyvanların və ümumilikdə qırmızı ətin qiymətləridir. Onsuz da yüksək olan quzu əti qiymətlərinin bayramqabağı dövrdə yenidən artacağı ilə bağlı narahatlıqlar cəmiyyətdə geniş yayılıb. Lakin məsələyə emosional yox, iqtisadi və sistemli yanaşmaq vacibdir.

İlk növbədə qeyd edim ki, Qurban bayramı ərəfəsində qiymət artımı təsadüfi hadisə deyil və bu, uzun illərdir təkrarlanan bazar davranışıdır. Əsas səbəb tələbin qısa zaman ərzində kəskin şəkildə artmasıdır. Minlərlə ailənin eyni vaxtda qurbanlıq heyvan almağa yönəlməsi bazarda ciddi təzyiq yaradır. Təklif, yəni satışa çıxarılan uyğun heyvan sayı bu sürətlə artmadıqda qiymətlərin yüksəlməsi qaçılmaz olur.

Lakin məsələni yalnız “tələb çoxalıb” arqumenti ilə izah etmək düşünürəm ki,  kifayət deyil. Əgər eyni ssenari hər il təkrarlanırsa, bu zaman haqlı sual yaranır, bazar niyə buna hazır olmur? Qurban bayramının vaxtı əvvəlcədən məlum olduğu halda, niyə mövsümi planlama, heyvan ehtiyatı və bazara çıxarılacaq təklif öncədən koordinasiya edilmir?

Son illərdə heyvandarlıq sektorunda müşahidə olunan struktur problemlər də qiymətlərə birbaşa təsir edir. Yem və ot qiymətlərinin artması, baytarlıq xərcləri, nəqliyyat və saxlanma xərclərinin yüksəlməsi fermerin maya dəyərini artırır. Bu isə nəticə etibarilə satış qiymətlərinə ötürülür. Fermer üçün heyvan saxlamaq daha bahalı olduqca, bazarda təklif azalır və qiymət dəyişikliklərinə həssaslıq artır.

Digər vacib məqam bazarın rəqabət mühitidir. Rəsmi olaraq ətin qiymətini dövlət müəyyən etmir və qiymətlər bazarda tələblə təklif əsasında formalaşır. Ancaq praktiki olaraq çox suallar açıq qalır. İstehlakçılar uzun illərdir eyni müşahidəni edir ki, qiymətlər bayram ərəfəsində sürətlə artır, lakin bayramdan sonra əvvəlki səviyyəyə tam qayıtmır. Bu isə bazarda rəqabətin yetərli olub-olmaması, qiymət davranışlarının nə dərəcədə şəffaf olması barədə müzakirələri aktuallaşdırır.

Bu mənada məsələni iki ifrata aparmaq düzgün olmaz. Bir tərəfdən, bütün bahalaşmanı “süni qiymət artımı” adlandırmaq iqtisadi reallığı görməməkdir. O biri tərəfdən isə “bazardır, normaldır” yanaşması da cəmiyyətin legitim suallarını cavabsız qoyur. Reallıq ondan ibarətdir ki, burada həm obyektiv iqtisadi faktorlar, həm də bazarın struktur problemləri eyni anda rol oynayır”.

İqtisadçı vurğulayıb ki, bayram yaxınlaşdıqca qurbanlıq qoyun və quzu qiymətlərində artım gözlənilir:

“Hazırda gözlənti ondan ibarətdir ki, Qurban bayramı yaxınlaşdıqca qurbanlıq qoyun və quzu qiymətlərində müəyyən artım müşahidə oluna bilər. Artımın miqyası isə bazara çıxarılan heyvan sayı, idxal imkanları, logistika xərcləri və dövlətin təklifin artırılması istiqamətində atacağı addımlardan asılı olacaq.

Mövzuya uzunmüddətli həll isə yalnız bayramqabağı inzibati reaksiyalarla deyil, heyvandarlığın məhsuldarlığının artırılması, yem təminatının yaxşılaşdırılması, fermer dəstəyi və daha rəqabətli bazar mexanizmlərinin qurulması ilə mümkündür. Qurban bayramı öncəsi yaranan qiymət təzyiqi əslində ilin bir neçə gününün problemi deyil, kənd təsərrüfatı və ərzaq bazarındakı daha dərin struktur məsələlərin göstəricisidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 May 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri