Qurban bayramı münasibətilə Tərtərdə 100 ailə su ilə təmin olunub Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Qurban bayramı münasibətilə Tərtər rayonunun Kəngərli kəndində Yeni Azərbaycan Partiyasının (YAP) xətti və millət vəkili Anar Məmmədovun dəstəyi ilə 100-ə yaxın ailənin bəhrələnəcəyi texniki su xəttinin açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən millət vəkili Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, kənd sakinləri, rayon ziyalıları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Anar Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, istifadəyə verilən su layihəsinin şəhid Talıb Əli oğlu Şəldiyevin həyat yoldaşının müraciətindən sonra öz müsbət həllini tapdığını kənd sakinlərinin diqqətinə çatdırıb.
Mərasimdə çıxış edən kənd sakinləri də əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.
Daha sonra məktəblilər tədbir iştirakçıları üçün vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 26 May 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















