Icma.az
close
up
RU
Qurban Berdiyev: “Şadam ki, qələbə qazandıq”

Qurban Berdiyev: “Şadam ki, qələbə qazandıq”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının I turunda “Qəbələ”ni məğlub edən (1:0) “Turan Tovuz”un baş məşqçisi Qurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə düşüncələrini bölüşdü:

– Təxmin etdiyimiz kimi, istənilən çempionatın ilk matçı çətin keçir. Şadam ki, qələbə qazandıq. Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi.

Türkmənistanlı çalışdırıcı ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Zədəsini yeni sağaldan David Tavareş və yeni transfer İlya Balaunun start heyətində yer alması, komandaya adaptasiyaları və hazırkı formaları haqqında nə deyə bilərsiniz?

– Hər ikisi komandaya çox yaxşı uyğunlaşdı. Balaunun gəlişinə xüsusilə şadıq. Tavareşə gəlincə, o, bu mövsüm tam fərqli səviyyədə oyun nümayiş etdirir. Təlim-məşq toplanışındakı çıxışı da heyətdə ciddi rəqabətdən xəbər verir.

– Hücum xəttindəki durum necədir? Jounun son vəziyyəti və Vadjinin yoxluğu komandaya necə təsir edir?

– Jounun zədəsinin hansı dərəcədə ciddi olduğu sabahkı həkim müayinəsindən sonra bəlli olacaq. Vadji isə məşq zamanı zədələnib. Ümid edirik ki, hər ikisi tezliklə sıraya qayıdacaq.

– Mövsümün ilk matçında futbolçuların zədələnməsi təlim-məşq toplanışının ağır keçməsi ilə bağlıdır, yoxsa qarşılaşmanın gərginliyi ilə?

​– Futbolçuya arxadan və ya qabırğasına zərbə vurulursa, bunun fiziki hazırlıqla nə əlaqəsi ola bilər? Bu zədələr sırf ikili mübarizələrdən və mikrotravmalardan qaynaqlanır. Məsələn, Jouda da vəziyyət belə oldu, Balau da arxadan edilən fol zamanı ayağını burxdu. Yəni məsələnin fiziki forma ilə heç bir bağlılığı yoxdur.

– “Turan Tovuz”un köməkçi məşqçisi Xəyal Bəşirovun 2 illik diskvalifikasiya olunması komandaya psixoloji cəhətdən necə təsir etdi?

– Bu sual mənlik deyil. Müvafiq qərar qəbul olunub və biz də həmin qərara uyğun hərəkət etməyə, yolumuza davam etməyə məcburuq.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Avqust 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri